YANĞINDAN EHTİYATLI OLUN!
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Masallı rayonunun Ərkivan kəndində qeydə alınmış yanğın nəticəsində Azad Əhədova məxsus ikimərtəbəli, Baki şəhəri, Sabunçu rayonu, Ü.Hacıbəyov küçəsi 58-də isə Əminə Hüseynovanın birmərtəbəli üç otaqlı evləri əşyalarla birlikdə külə dönmüşdür.
Hadisələr elektrik naqillərində baş vermiş qısaqapanmadan yaranmışdır.