YANĞINDAN EHTİYATLI OLUN!
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Ağsunun Navahi kəndində baş vermiş yanğın nəticəsində rayonun telekommunikasiya idarəsinə məxsus rabitə dirəyi və xeyli kabel sıradan çıxmışdır. Bundan başqa, Şəki şəhərindəki L.Tolstoy küçəsində Məhəmməd Bilalova və Natiq Bilalzadəyə məxsus bir–birinə bitişik birmərtəbəli 7 otaqlı evin 160 kvadratmetr sahəsi, Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində isə Firuzə Nəcəfovaya aid üç otaqlı ev əşyalarla birlikdə yanmışdır. Hadisələrin səbəbi və dəyən ziyanın həcmi müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]