YANĞININ SƏBƏBİ MÜƏYYƏNLƏŞDİRİLİR
Fövqəladə Hallar Nazirliyi ictimaiyyətlə əlaqələr idarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 22-də saat 21.37 dəqiqədə Həsən Əliyev prospekti 1 ünvanında yerləşən, Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Xeyrəddin Peycə məxsus, ümumi sahəsi 600 kvadratmetr olan “RİAD-RENTA” şirkətinin qarışıq mallar, o cümlədən dərman preparatları saxlanılan anbarının yanar konstruksiyaları, içərisində saxlanılan şirkətə məxsus 1 “Nissan” və 1 “Mercedes” markalı minik avtomobilləri, avtomobil şinləri və müxtəlif sənaye malları yanmışdır.
Yanğın saat 23.12 dəqiqədə yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Anbara bitişik qonşu anbar və ticarət obyektləri yanğından mühafizə olunmuşdur.
Yanğının səbəbi müəyyənləşdirilir.
Hadisə ilə bağlı reportajlar təqdim edən bəzi mətbu orqanları hadisələri təhrif edərək, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının, sahibkarlara anbarda saxlanılan malları çıxarmağa imkan verməməsi barədə xəbərlər yaymışlar.
Bu məlumatların düzgün olmadığı diqqətə çatdırılır və bildirilir ki, həmin gün hadisə yerinə kənar şəxslərin buraxılmamasının səbəbi, insanların həyatının təhlükəsizliyinin təminatı məqsədi daşımış və bu barədə hadisə yerində olan hər bir kəs məlumatlandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]