Yanğınların qarşısı alınmışdır
Bakı, 30 iyul (AZƏRTAC). İyulun 29-da paytaxtda və respublikanın bəzi bölgələrində yanğın hadisələrinin qarşısı alınmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərinin Suraxanı rayonunda vətəndaşa məxsus, tikintisi başa çatmamış və ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün 15 kvadratmetr sahəsi yanmışdır.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovu söndürmüşlər.
İlkin ehtimala görə, yanğın qəsdən törədilmişdir.
Yevlax şəhərində ümumi sahəsi 127 kvadratmetr olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları 78 kvadratmetr sahədə yanmışdır.
Hadisə yerinə gəlmiş yanğınsöndürənlərin köməyi ilə yanğın söndürülmüşdür.
Şəmkir rayonunun Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kvadratmetr olan və hazırda fəaliyyət göstərməyən yeməkxananın dam örtüyünün yanar konstruksiyaları və onun ətrafındakı quru otun 40 kvadratmetr sahəsi yanmışdır.
Yanğın tam söndürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]