İQTİSADİYYAT
Yanvar-aprel aylarında pambıq lifinin ixracında 7,3 dəfə artım olub
Bakı, 24 may, AZƏRTAC
Yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən meyvə-tərəvəz ixracı 26,7 faiz, çay - 24,8 faiz, pambıq lifi - 7,3 dəfə, şəkər ixracı 7 faiz, bitki və heyvan mənşəli yağlar - 7,0 faiz, elektrik enerjisi - 8,3 dəfə, kimya sənayesi məhsulları - 82,3 faiz, alüminium və ondan hazırlanan məmulatlar - 37,2 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın ikinci sayında yer alıb.
Buradan görmək olur ki, respublikamızda pambıqçılığın inkişafına verilən dəstək artıq özünü ixracda göstərir. Bu ilin 4 ayında pambıq lifinin ixracının 7,3 dəfə artması buna əyani sübutdur.