İQTİSADİYYAT
Yanvar-iyun aylarında emal sənayesində 4,3 milyard manatlıq məhsul istehsal olunub
Bakı, 16 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında emal sənayesində 4,3 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 4,5 faiz, tütün məmulatlarının istehsalında 17,2 faiz artım, içki istehsalında isə 8,2 faiz azalma müşahidə edilib. Bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 0,8 faiz artaraq 24,4 min ton, marqarin istehsalı 50,3 faiz artaraq 22,2 min ton, kərə yağı istehsalı 6,6 faiz artaraq 12,7 min ton, qənd istehsalı 23,3 faiz artaraq 178,8 min ton təşkil edib.