SİYASƏT
YAP AĞSTAFA RAYON TƏŞKİLATINDA BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI QƏRARGAH YARADILMIŞDIR
Ağstafa, 31 avqust (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirmişdir ki, bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı işlərə başlanmışdır.
Belə ki, 25 nəfərdən ibarət qərargah üzvləri arasında vəzifə bölgüsü aparılmış, qarşıdakı seçkilərdə iştirak edəcək namizədlərin müəyyən olunması istiqamətində işlərə başlanmışdır. Rayon üzrə 265 bələdiyyə üzvü yeri uğrunda mübarizə aparmaq üçün partiyanın namizədləri irəli sürüləcəkdir.
Hazırda seçki ərəfəsi ictimai rəy və yerli əhəmiyyətli sosial problemlər öyrənilir.