SİYASƏT
YAP NƏRİMANOV RAYON TƏŞKİLATI “AKKORD” ŞİRKƏTLƏR QRUPU İLƏ BİRGƏ ULU ÖNDƏRİN XATİRƏSİNİ ANMA TƏDBİRİ KEÇİRMİŞDİR
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı və YAP “Akkord” şirkətlər qrupu üzrə ilk ərazi təşkilatı birgə toplantı keçirmişlər.
Toplantı iştirakçıları 12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı və respublikadakı gərgin ictimai-siyasi vəziyyəti normallaşdırmaq üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətindən danışmışdır.
YAP-ın “Akkord” şirkətlər qrupu üzrə ilk ərazi təşkilatının sədri Nicat Hacıyev ulu öndərin müstəqil respublikamızın qurulması və möhkəmlənməsində əvəzsiz rolunu vurğulamışdır.
Sonda “Akkord” şirkətlər qrupu üzrə YAP sıralarına daxil olanlara partiya biletləri təqdim olunmuşdur.