Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

YAP rayon təşkilatları ictimai-siyasi həyatda fəallıqları ilə seçilir

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Culfa Rayon Təşkilatı ərazi ilk partiya təşkilatları ilə əlaqəni gücləndirib, birgə ideoloji işin aparılması üçün bütün imkanlardan istifadə edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə təşkilatın növbəti şura iclasında ətraflı söhbət açılıb, ərazi ilk təşkilatların bu ilin 9 ayında gördükləri işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə YAP Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov dövlət müstəqilliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışıb, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin müstəqilliyimizin bəhrəsi olduğunu vurğulayıb.

“Ölkəmizin, o cümlədən muxtar respublikamızın dünya miqyasında tanınması, beynəlxalq tədbirlərin, yarışların yüksək səviyyədə ardıcıl keçirilməsi, 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi hər birimizdə qürur hissi doğurur”, - deyən Qadir İbrahimov qeyd edib ki, Naxçıvan şəhərində “Avropa günləri”nin təşkil olunması muxtar respublikaya olan etimadın və tədbirlərin yüksək səviyyədə keçirilməsinə inamın ifadəsi kimi dəyərləndirilir.

Bildirilib ki, 2018-ci ilin 9 ayında Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramından irəli gələn müddəaların yerinə yetirilməsi, partiya intizamının və ideoloji işin gücləndirilməsi sahəsində xeyli işlər görülüb, rayonda partiya üzvləri arasında intizam gücləndirilib, partiya sıralarına qəbul zamanı siyasi bilik və intellektual potensial nəzərə alınıb, təşkilatın tərkibində keyfiyyət və kəmiyyət dəyişikliklərinə nail olunub. Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ilə bağlı təşkilatın Gənclər Birliyi tərəfindən müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib, mart ayında “Gənclər bağı” salınıb. Gənclər Birliyi ilə rayon Gənclər və İdman İdarəsi birgə tədbirlər reallaşdırırlar. Rayonun ictimai-iqtisadi həyatında, keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə, çağırışçıların hərbi xidmətə yolasalma mərasimlərində, idman yarışlarında, müsabiqələrdə və digər tədbirlərdə partiya üzvü olan gənclər fəal iştirak edirlər.

Qeyd olunub ki, rayon Qadınlar Şurası ötən 9 ayda fəaliyyətini daha da genişləndirib. Hazırda təşkilatın təhsil üzrə 908, mədəniyyət üzrə 186, idarəetmədə 31 və digər sahələr üzrə 1143 nəfər qadın partiya üzvü var. Onların 811 nəfəri ali təhsillidir. Ərazi ilk partiya təşkilatı sədrlərindən 12 nəfəri qadındır. Gənclərlə, qadınlarla aparılan işlər daim diqqət mərkəzində olmalıdır. Bu sahədə ideoloji işin təşkilinə xüsusi önəm verilməli, partiya üzvlərinin nəzəri bilikləri, gənclərin partiya orqanlarında rolu artırılmalı, Azərbaycançılıq, dövlətçilik, millilik və vətənpərvərlik mövzusunda tədbirlər keçirilməlidir.

Şura iclasında YAP Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Culfa Şəhər Musiqi Məktəbi ərazi ilk partiya təşkilatının sədri Samirə Səfərova, Yaycı kənd ərazi ilk partiya təşkilatının sədri Vaqif Abdullayev çıxış ediblər.

Sonda bir qrup gənc partiya sıralarına qəbul olunub.

X X X

YAP Sədərək Rayon Təşkilatında 2018-ci ilin doqquz ayı ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncaqda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, təşkilat fəaliyyətini ilin əvvəlində təsdiq olunmuş iş planı əsasında qurub. Vaxtlı-vaxtında keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin yüksəldilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Qeyd olunub ki, bu il prezident seçkilərində xalqımız bir daha tarixi seçim edərək sabitliyə, inkişafa, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə səs verib, İlham Əliyevə sarsılmaz etimad göstərdiyini bir daha nümayiş etdirib. Ölkəmizdə yüksək səviyyədə baş tutan bu siyasi kampaniyada Sədərək Rayon Təşkilatının üzvləri də fəallıq göstəriblər.

Vurğulanıb ki, bu ilin ötən dövründə təşkilatın idarə heyətinin 9, şuranın 3 iclası keçirilib. Hesabat dövründə rayon partiya təşkilatının sıralarına 36 nəfər üzv qəbul edilib. Hazırda 21 ərazi ilk partiya təşkilatının 1523 nəfər üzvü var. Partiya üzvlərinin 302 nəfəri qadın, 404 nəfəri isə gəncdir.

Arif Qasımov deyib ki, qarşıda duran əsas vəzifə əhali arasında ideya-siyasi işi gücləndirməkdən ibarət olmalıdır. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü Proqram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıq göstərməlidir.

Məruzə ətrafında partiya fəallarının çıxışları olub. Yığıncaqda təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, təşkilatın Gənclər Birliyinin sədri Polad Rzazadə, Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Əjdər Məmmədhəsənov, Heydərabad qəsəbə ərazi ilk partiya təşkilatının sədri Vüqar Qasımov çıxış ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb