SİYASƏT
YAP SAMUX RAYON TƏŞKİLATINDA SEÇKİ QƏRARGAHI YARADILMIŞDIR
Bakı, 15 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatları qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar olaraq hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.
Bələdiyyə seçkiləri ilə əlaqədar YAP Samux rayon təşkilatında da seçki qərargahı yaradılmışdır.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov rayon təşkilatının böyük seçki təcrübəsinə malik olduğunu və qarşıdan gələn bələdiyyə seçkilərində yüksək nəticələr əldə edəcəyini bildirməklə, bu seçkilərdə gənclərin və qadınların potensialından geniş istifadə olunacağını qeyd etmişdir.
G.Bayramov əminliklə söyləmişdir ki, 53 ilk təşkilatda 2990 nəfər partiya üzvünü birləşdirən YAP Samux rayon təşkilatı əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək nəticələr əldə edərək, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.