İQTİSADİYYAT
YAPON KOMPRESSORLARI İLƏ BAKI KONDİSİONERLƏRİ
“Bakı kondisionerləri” ASC bağlanmış müqaviləyə əsasən, Yaponiyanın “Xitaçı” şirkətindən 500 kompressor almışdır. Bu kompressorlarla yığılmış kondisionerlərin istehsalı və satışı həyata keçirilir.
Səhmdar cəmiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, ötən iki ayda 450 kondisioner Özbəkistan Respublikasının Albalıq şəhərinə ixrac edilmişdir. Avqust ayında 500 kondisioner hazırlanıb Özbəkistana və Tacikistana göndəriləcəkdir. Pəncərə tipli kondisionerlər respublikamızda satışa buraxılmışdır. Müqaviləyə görə, 2004-cü il üçün “Xitaçı” şirkətindən 1000 ədəd kompressor alınacaq və onların əsasında Bakı kondisionerləri istehsal olunacaqdır. Bundan əlavə, İsrail, Çin şirkətləri ilə müqavilələr əsasında “Split” kondisionerlərinin istehsalını artırmaq, texnoloji prosesi mənimsəmək üçün danışıqlar aparılır.