DÜNYA
Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi Epsilon-3 raketini təqdim edib
Tokio, 11 yanvar, AZƏRTAC
Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) gələn həftə orbitə çıxaracağı kiçik ölçülü radar süni peykini- Epsilon-3 raketini təqdim edib.
AZƏRTAC xəbər verir ki, 26 metr hündürlüyündə raket Yaponiyanın cənubunda yerləşən Kaqoşima prefekturasının Uçinoura kosmik mərkəzindəki meydançaya yerləşdirilib.
Raketin yanvarın 17-də kosmosa buraxılacağı gözlənilir. Onun Yeri müşahidə edəcək ASNORO-2 süni peykini orbitə çıxaracağı bildirilir.
Yaponiya istehsalı olan həmin raketin buraxılış dəyəri 35 milyon dollara bərabərdir ki, bu da adi kiçik raketlərin həmin göstəricisinin təqribən yarısı deməkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:03]
BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb
- 07.05.2024 [12:57]
Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir
- 07.05.2024 [12:47]
Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb
- 07.05.2024 [12:44]
Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb
- 07.05.2024 [12:26]
CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb
- 07.05.2024 [12:20]
Rusiya Prezidentinin inauqurasiyası olacaq
- 07.05.2024 [12:11]
Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib
- 07.05.2024 [11:59]
Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq
- 07.05.2024 [11:26]