DÜNYA
Yaponiya Çin təyyarəsinə görə qırıcı təyyarələrini havaya qaldırmışdır
Tokio, 13 dekabr (AZƏRTAC). Dekabrın 13-də Yaponiya Çin təyyarəsi mübahisəli Senkaku adaları üzərindəki hava məkanına daxil olduğuna görə təcili olaraq F-15 qırıcı təyyarələrini havaya qaldırmışdır.
Yaponiya həmin əraziləri öz hava məkanı sayır. Nazirlər Kabinetinin baş katibi Osamu Fuzimura Çin Xalq Respublikasının hərəkətini Yaponiyanın suveren hüquqlarına müdaxilə adlandırmışdır.
İlk dəfə belə bir hal qeydə alınsa da, Çinin patrul gəmiləri əvvəllər də müntəzəm qaydada Yaponiyanın öz ərazisi hesab etdiyi sulara daxil olmuşdur. Elə bu gün də Çinin dörd gəmisi mübahisəli sulara girmişdir. Yaponiyanın sahil mühafizəsi Çin gəmilərindən ərazini tərk etməyi tələb etsələr də, onlar buna məhəl qoymamışlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [12:57]
Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir
- 07.05.2024 [12:47]
Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb
- 07.05.2024 [12:44]
Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb
- 07.05.2024 [12:26]
CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb
- 07.05.2024 [12:20]
Rusiya Prezidentinin inauqurasiyası olacaq
- 07.05.2024 [12:11]
Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib
- 07.05.2024 [11:59]
Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq
- 07.05.2024 [11:26]
Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər
- 07.05.2024 [11:07]