Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Yaponiya COVID-19 pandemiyasına necə qalib gəldi və ya ictimai düşüncə tərzinin bunda rolu

Yaponiya COVID-19 pandemiyasına necə qalib gəldi və ya ictimai düşüncə tərzinin bunda rolu

Tokio, 29 may, AZƏRTAC

Xəbər verdiyimiz kimi, mayın 25-də Yaponiyanın Baş Naziri Şinzo Abe koronavirusa qarşı mübarizə məqsədilə apreldən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin aradan qaldırıldığını bəyan edib.

Elə bu başdan qeyd edək ki, bu gündoğar ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi özünün orijinallığı – ciddi karantin tədbirlərinin tətbiq edilməməsi, kütləvi testlərin keçirilməməsi, dünyanın bir çox ölkələrində həyata keçirilən ciddi qadağaların olmaması ilə seçilirdi.

Belə olan şəraitdə Yaponiyanın çox qısa zaman kəsiyində bütün dünyanın mübarizə aparmaqda davam etdiyi koronavirus pandemiyasına necə qalib gəldiyi barədə suallara mütəxəssislərin cavabları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Qeyd edək ki, Yaponiya hazırda dünyanın bir çox ölkələrində tətbiq edilən insanların hərəkətini izləmək üçün proqram əlavəsindən də istifadə etmədi. Bu ölkədə hətta COVID-19 pandemiyası ilə mübarizə üçün mərkəz belə yaradılmadı. Ümumdünya Səhiyyə Təşkilatının əhalinin kütləvi şəkildə testdən keçirilməsi barədə çağırışına baxmayaraq, Yaponiya həmin xahişi də həyata keçirmədi. Sön məlumatlara əsasən, Yaponiyada həmin göstərici cəmi 0,2 faiz təşkil edir ki, bu da inkişaf etmiş ölkələr üzrə ən aşağı göstəricidir.

Lakin bütün bunlara baxmayaraq, Yaponiyada koronavirusa yoluxanların sayı dayanmadan azalmaqda davam edir. Son günlər ərzində koronavirusun ən çox yayıldığı Tokioda bu tək rəqəmlə hesablanır. Cons Hopkins Universitetinin məlumatına görə, Yaponiyada bu günədək cəmi 16 min 550 yoluxma faktı qeydə alınıb. Bu koronavirusa yoluxmadan ölənlərin ümumi sayı isə cəmi 850 nəfər təşkil edir. Qeyd edək ki, bu göstərici də böyük yeddiliyə daxil olan ölkələr arasında ən aşağıdır.

Bəs Yaponiyanın bütün ölkələr üçün problemə çevrilmiş bu epidemiyanın belə asanlıqla aradan qaldırmasının səbəbləri nədir? Bu sual həqiqətən də böyük bir müzakirənin mövzusu ola bilər və yapon alimlərin onun cavabı kimi təklif etdiyi variantlar xüsusi diqqətə layiqdir.

Qeyd edək ki, Yaponiyanın virusun yayılmağa başladığı Çinə coğrafi yaxınlığı, yerli əhali arasında yaşlıların çox sayda olması, təbii ki, bu ölkəni daha böyük risk altında qoyur. Buna baxmayaraq, hökumətin daha ciddi addımlar atmamasının səbəbi kimi bir çox mühüm faktorların yaratdığı sistemi əsas göstərilir.

Həmin sistemə daxil olan faktorlar arasında mütəxəssislər, təbii ki, ilkin olaraq yapon mentalitetini, tarixən formalaşmış milli xüsusiyyətləri, qarşılıqlı ünsiyyət, insanlar arasında təmas zamanı məsafənin saxlanması, ilin fəslindən asılı olmayaraq artıq uzun müddətdir ki, formalaşmış tibbi maska daşımaq mədəniyyətini, mövcud səhiyyə sisteminin epidemiyalara qarşı hazırlıq səviyyəsini, yapon intizamı və ictimai qaydalara yanaşma tərzini və digər bu kimi amilləri əsas kimi irəli sürürlər.

Təbii ki, yaponların bir-biri ilə görüş və ya vidalaşma zamanı yalnız müəyyən qədər əyildiklərini və əl vermədiklərini, hətta bəzi xalqlarda müşahidə edilən qucaqlaşma və öpüşmə kimi hallardan istifadə etmədiklərini əksəriyyət yaxşı bilir.

Başqa bir məqam digər ölkələrdən fərqli olaraq, yaponların nəfəs yollarında müəyyən bir nasazlıq hiss etdikdə tibbi maska taxmaq kimi vərdişinin olması göstərilir. Yaponiyaya yeni gəldiyim ilk gündən yaponlarda müşahidə etdiyim bu vərdiş yalnız məndə yox, sonralar görüşüb söhbət etdiyim bir çox əcnəbilərdə də təəccüb hissi doğurmuşdu. Bu ölkədə tibbi vasitələr satan mağazaların hamısında tibbi maskalar həmişə ön sırada yer alır və yaponlar yaşından asılı olmayaraq bu qoruyucu vasitəyə böyük diqqətlə yanaşırlar. Göründüyü kimi, bu yanaşma kəskin ehtiyac yarandığı halda həqiqətən də özünün doğruluğunu təsdiq etmiş oldu.

Burada Yaponiyada əksər ictimai yerlərdə, xüsusən restoranlarda, mağaza və marketlərin giriş və çıxışlarında dezinfeksiyaedici vasitələrin yerləşdirilməsi təcrübəsini də qeyd etmək lazımdır. Hələ epidemiyadan çox-çox əvvəl bu məqam mənim diqqətimi cəlb etmişdi. Yaponiyada xüsusən böyük mağaza və marketlərin giriş və çıxışlarında xüsusi sprey şəklində plastik qablarda qoyulan bu vasitələrdən əvvəllər çox az insan istifadə etsə də, epidemiya dövründə onlara nə qədər ehtiyac olduğu özünü göstərmiş oldu. Məhz buna görə də bir çox ölkələrdə bu işi insanlar həyata keçirdiyi halda, Yaponiyada ona əlavə işçi qüvvəsinin cəlb edilməsinə ehtiyac yaranmadı.

Başqa bir məqam kimi isə, hökumətin yalnız xahişini nəzərə alan ictimai-iaşə obyektləri rəhbərlərinin əksəriyyətinin bu yerləri bağlaması və ya burada ciddi sanitar-gigiyenik qaydalara əməl olunması göstərilə bilər. Qeyd edək ki, Yaponiyada bu xahişə əməl etməyənlər üçün ciddi cəza yox, həmin şirkətlərin adının xüsusi siyahlara daxil edilərək ictimai qınaq məqsədilə dərc edilməsi nəzərdə tutulur. Bu ictimai qınaq isə ən böyük cəzadan belə üstün sayılır. Buna görə də heç bir ictimai yeməkxana rəhbəri şirkətinin adının belə siyahıya düşməsini istəmir. Belə olmaması üçün ya rəhbərlik etdiyi şirkətin fəaliyyətini müvəqqəti dayandırır, ya da elə bir şərait yaradır ki, burada ən ciddi sanitar-gigiyenik qaydalara əməl edilir.

Mütəxəssislərin bildirdiyinə görə, Yaponiyanın əldə etdiyi uğurun əsasında koronavirusa yoluxma ilə əlaqədar ilkin kütləvi yanaşma mühüm rol oynayıb. Bu yanaşma virusa yoluxan insanların izlənməsində, onların təmasda olduğu şəxsləri müəyyənləşdirməkdə mühüm əhəmiyyət kəsb edib. Bu isə öz növbəsində həmin şəxslərin sürətlə təyin edilməsinə və ictimaiyyətdən təcrid olunmasına yardım edib. Yaponiyanın ictimai sağlamlıq mərkəzləri bu işdə üzərlərinə düşən vəzifənin öhdəsindən böyük ustalıqla gələ bilib. Məlumat üçün qeyd edək ki, həmin mərkəzlərdə Yaponiyadakı 50 mindən artıq tibb işçisinin demək olar ki, yarısı çalışır. Bu mərkəzlərin əsas funksiyası bu və ya digər infeksiyaya yoluxmuş insanların müəyyən edilməsidir. Adi günlərdə bu mərkəzlər qrip və vərəmin yayılmasının monitorinqi ilə məşğul olur. Bu sistem bəzi ölkələrdə olduğu kimi, proqram əlavəsi ilə insanların izlənməsini nəzərdə tutmur. Lakin təcrübə göstərdiyi kimi, Yaponiyada koronavirusla mübarizədə və onun yayılmasının qarşısının alınmasında məhz bu sistem səmərəli rol oynayıb.

Mütəxəssislər Yaponiyada koronavirusla mübarizə təcrübəsinin əldə edilməsində xüsusi rol oynayan amillərdən biri kimi, “Diamond Princess” kruiz laynerində baş verən yoluxmanı qeyd edirlər. Həmin kruiz laynerinin səyahətinin son dayanacağı Yokohama limanı olsa da, əslində bu yer gəmidəki 3700-dən çox sərnişin və heyət üzvü üçün sözün əsil mənasında türməyə çevrildi.

Böhranın başlanğıcında baş vermiş bu hadisə yapon mütəxəssislər üçün əsl təcrübə mənbəyi rolunu oynadı. Həmin layner virusun necə yayıldığını öyrənməyə imkan yaratmaqla yanaşı, həm də cəmiyyətdə onun necə təhlükəli olması barədə fikir formalaşdırdı. Eyni zamanda, mütəxəssislərdə insanların özlərini necə qoruması barədə ideyanı yaratdı. Məhz bundan sonra yapon həkimlər sakinlərə koronavirusdan qorunmaq üçün üç əsas məsələyə diqqət yetirməyi tövsiyə etməyə başladılar. Birincisi, qapalı məkanlardan uzaqlaşmaq, ikincisi, insanların daha çox toplaşdığı yerlərə getməmək və sonuncu, sıx təmaslardan yayınmaq. Yaponiya hökuməti bu şəraiti yaratmaq üçün ciddi qadağalara getmədi, milli mentalitet nəzərə alınaraq insanlar arasında təması azaltmaq məqsədilə şirkətlərə əməkdaşları evdən işlətmək barədə xahişlə müraciət etdi. Məsələ burasındadır ki, həmin vaxt “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlaşan Yaponiya hökuməti yarışlar zamanı hərəkətin sabitliyini təmin etmək, yollarda tıxacların qarşısını almaq və ictimai nəqliyyatın yükünü azaltmaq məqsədilə yerli şirkətlərə əməkdaşları evdən işlətmək təcrübəsindən istifadə etməyə çağırmışdı. Elə həmin vaxt bir çox nəhəng şirkətlər artıq bununla bağlı müvafiq addımlar atmağa başlamışdılar. Məhz bu təcrübə total izolyasiyadan yayınmağa, insanlar arasında sosial məsafənin artmasına və təmasların azalmasına böyük təsir göstərmişdi. Göründüyü kimi, həmin üç məsələ həm çox praqmatik, həm də səmərəli addım oldu.

Doğrudur, Yaponiyanın mövcud sistemi və atılan addımlar insanların sağlamlığının mühafizəsində böyük rol oynasa da, zəif qadağa tədbirləri ölkəni iqtisadi çətinliklərdən xilas etmədi. İlk üç ayda Yaponiya iqtisadiyyatı 2015-ci ildən bəri ilk dəfə resesiyaya düşmüş oldu. Mütəxəssislərin bildirdiyinə görə, ikinci rüb ölkə iqtisadiyyatı üçün daha acınacaqlı olacaq.

Xəbər verdiyimiz kimi, bu ölkə sərhədlərini əcnəbilərin girişi üçün bağladıqdan sonra apreldə turistlərin sayı 99,9 faiz azalıb. Bu isə öz növbəsində hökumətin iqtisadi inkişafın aparıcı sahəsi kimi formalaşdırmağa çalışdığı turizm sənayesinə böyük zərbə vurdu.

Təbii ki, Yaponiyada fövqəladə vəziyyət rejiminin aradan qaldırılması heç də qısa müddətdə həyatın əvvəlki axarına qayıdacağını deməyə əsas vermir. Bununla yanaşı, hakimiyyət orqanları koronavirus yoluxmasının ikinci və üçüncü dalğalarının baş verə biləcəyi barədə də əhaliyə xəbərdarlıq edirlər. Buna gör də mütəxəssislər əhalini ehtiyatı əldən verməməyə, sakinlərin əsasən yaşlı insanlardan olmasını nəzərə alaraq, profilaktik tədbirləri davam etdirməyə və müəyyən olunmuş qaydalara əməl etməyə çağırırlar.

Göründüyü kimi, yaponların vahid cəmiyyət və ictimai marağın şəxsi mənafedən üstün tutulması kimi formalaşmış ictimai şüur tərzi məhz COVID-19 pandemiyasına qarşı mübarizədə müsbət nəticənin əldə olunmasında xüsusi rol oynamaqla bərabər, həmçinin onun nəticələrinin də tezliklə aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olacağını deməyə əsas verir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib

Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO

Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub