Yaponiya hökuməti İmperator taxtına varislik məsələsini ekspertlərlə müzakirə edəcək

Tokio, 23 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti İmperator Naruhitonun taxta çıxma mərasimindən sonra həmin taxta varisliyin sabitliyini təmin etmək məqsədilə ekspertlərlə müzakirələr aparacaq.
AZƏRTAC xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı bəyan edib.
Baş katib deyib ki, hökumət taxtın ötürülməsi üçün mübahisə doğurmayacaq variantın tapılması məqsədilə ekspertlərlə ayrı-ayrılıqda müzakirələr aparmağı planlaşdırır. Bu məqsədlə xüsusi komissiyanın yaradılması nəzərdə tutulmur.
Xatırladaq ki, hazırda Yaponiyada İmperator taxtına varislər yalnız İmperator ailəsinin kişi cinsinə məxsus nümayəndələri arasında müəyyən edilir. İmperator Naruhito taxta çıxdıqdan sonra bu hüquqa malik yalnız üç varis qalıb - İmperatorun iki qardaşı və bir qardaşı oğlu.
İmperator ailəsində kişilərin sayca azlığı müəyyən narahatlıq doğurur. Bununla yanaşı, qaydalara əsasən İmperator ailəsinin qadın üzvləri adi vətəndaşlarla ailə həyatı qurduqda ailəni tərk etməlidirlər.
Y.Suqa əlavə edib ki, taxta varisliklə bağlı sistemin genişləndirilməsi barədə tələbə Yaponiya hökuməti çox böyük ehtiyatla yanaşır.
Qeyd edək ki, Yaponiya ictimaiyyətində İmperator ailəsinin qadın üzvlərinə varislik hüququnun verilməsi ilə bağlı fikirlər müxtəlifdir. Mövcud qaydalardan fərqli olaraq, bəziləri adi vətəndaşlarla ailə quran İmperator ailəsinin qadın üzvlərinə bu ailədə qalmaq, onların övladlarına isə varislik hüququnun verilməsini təklif edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2025 [16:37]
KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib
- 19.04.2025 [15:39]
Qazaxıstanda uşaqları daşıyan avtobus ağır qəza törədib
- 19.04.2025 [08:40]
AİB Gürcüstanın enerji təhlükəsizliyi üçün 104 milyon dollar kredit ayırıb
- 19.04.2025 [07:38]
Tornedalinqlər İsveçdə yerli xalq kimi tanınmağa çalışırlar
- 19.04.2025 [06:00]
Kir Starmer və Donald Tramp azad ticarət danışıqlarını müzakirə ediblər
Yardımlı rayonunda zəlzələ olub
- [16:47]
Qubada qanunsuz tikili sökülüb
- [10:45]
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir
- 18.04.2025 [23:48]
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
- 18.04.2025 [21:26]
Bakıda türkiyəli rəssamın sərgisi açılıb
- 18.04.2025 [19:53]
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
- 18.04.2025 [19:20]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 18.04.2025 [19:13]
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb
- 18.04.2025 [19:11]