DÜNYA
Yaponiya parlamenti Yaponiya Bankının icraçı direktoru vəzifəsinə Haruhiko Kurodanın namizədliyini təsdiq etmişdir
Tokio, 15 mart (AZƏRTAC). Martın 15-də Yaponiya parlamenti Yaponiya Bankının baş müdiri vəzifəsinə Haruhiko Kurodanın namizədliyini təsdiq etmişdir. Mərkəzi bankın rəhbərliyi gələn həftədən öz vəzifəsinin icrasına başlayacaqdır.
H.Kurodanın namizədliyi Yaponiya parlamentinin yuxarı palatasında keçirilmiş səsvermə zamanı hakim Liberal-Demokratik Partiyadan və Komey Partiyasından olan deputatlar, eyni zamanda, digər deputatlar tərəfindən dəstəklənmiş və o, səs çoxluğu ilə həmin vəzifəyə təsdiq edilmişdir. Bir gün əvvəl bu barədə qətnamə aşağı palata tərəfindən də dəstək qazanmışdı.
Haruhiko Kuroda əvvəllər Asiya İnkişaf Bankının rəhbəri vəzifəsini tuturdu.
Parlament, həmçinin Qakusyuin Universitetinin professoru Kikuo İvatanı baş müdirin müavini və Hirosi Nakasonu bankın icraçı direktoru vəzifələrinə təsdiq etmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]