DÜNYA
Yaponiya parlamentinin büdcə kəsirini bağlamaq məqsədilə istiqrazların buraxılması barədə qanun layihələrini qəbul edəcəyi gözlənilir
Tokio, 9 noyabr (AZƏRTAC). Yaponiya parlamentinin aşağı palatasının yaranmış büdcə kəsirini bağlamaq məqsədilə istiqrazların buraxılması barədə qanun layihələrini gələn həftə qəbul etməsi planlaşdırılır. Bu, həmin qanun layihələrinin parlamentin cari sessiyasında qəbulu üçün yol açmış olacaqdır.
Oktyabrın 9-da Yaponiyanın Baş naziri Yoşihiko Noda müxalifət partiyalarını cari maliyyə ilində hökumətin xərclərini maliyyələşdirmək məqəsədilə müvafiq qanun layihələrinin qəbulu üçün əməkdaşlığa çağırmışdır. Elə həmin gün parlamentin aşağı palatası bu qanun layihələrinin müzakirəsinə başlamışdır.
Y.Noda həmçinin bildirmişdir ki, istiqarazların nəşri, həmçinin aşağı palataya seçkilər və sosial təminat sistemlərinin islahatlarıı barədə qanun layihələri qəbul edildikdən sonra o, aşağı palatanın buraxılması haqqında qərar verəcəkdir.
Oktyabrın 8-də parlamentin hakim Demokratik, həmçinin müxalif Liberal-demokratik və Komey partiyalarından olan komitə rəhbərlərinin görüşündə aşağı palatanın noyabrın 15-də keçiriləcək iclasında istiqrazların buraxılışı ilə bağlı qanun layihələrinin qəbulu barədə razılıq əldə edilmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio