DÜNYA
Yaponiyada mobil rabitə şəbəkəsi dronların təhlükəsiz uçuşunu təmin edəcək
Tokio, 22 fevral, AZƏRTAC
Yaponiyanın “NTT Docomo” mobil rabitə şəbəkəsinin rəsmi nümayəndələri bəyan ediblər ki, şirkət mobil şəbəkəsindən istifadə edərək dronların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni biznesə başlayır.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yeni xidmət artıq cari ildən başlayaraq dövlət müəssisələrinə və digər şirkətlərə təklif ediləcək.
Yeni sistem dronların dəqiq hərəkət trayektoriyasını təmin edərək istifadəçilərə uzaq məsafədən bir neçə dronun uçuşunu izləməyə imkan yaradacaq.
Yaponiya hökuməti 2020-ci ildə əhalinin daha sıx məskunlaşdığı böyük şəhərlərdə dronların sərbəst hərəkətini təmin etmək üçün müvafiq şərait yaratmağı planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio