DÜNYA
YAPONİYADA PLASTİK SU YARADILMIŞDIR
Bakı, 13 iyul (AZƏRTAC). Yaponiya alimləri plastik su yaratmışlar. Mineral gil və poliakrilat natrium qatılmış yeni materialın 90 faizi elə sudan ibarətdir. Bu su nə insanlar, nə də ekologiya üçün təhlükəli deyildir. Onun əsas tərkib hissəsi olan mineral gildən kosmetologiyada, poliakrilat natriumdan isə uşaq əskilərinin istehsalında geniş istifadə olunur.
Şəffaf və elastik olan yeni material plastikin müəyyən növlərini əvəzləyəcəkdir. Tərkibində kimyəvi maddələr olmadığı üçün təbabət və kosmetologiyada ona böyük ümidlər bəslənir. Belə ki, yeni materialın gələcəkdə silikonu əvəzləyəcəyi, cərrahiyyə əməliyyatlarında geniş tətbiq ediləcəyi gözlənilir. Plastik su toxumaları yapışdırmaq xüsusiyyətinə də malikdir. Sənayedə tətbiq etmək üçün onun sıxlığını artırmaq lazımdır. Neft ehtiyatları ilbəil azaldığı üçün sıxlığı yüksək olan belə suya ehtiyac artacaqdır. Hazırda neftdən alınan plastik kütlə plastik sudan istehsal bilər.