Yaponiyada zəlzələ olub
Bakı, 23 may, AZƏRTAC
Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur, sunami təhlükəsi elan olunmayıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 06:28-də qeydə alınıb. Zəlzələnin episentri Hokkaydo adasındakı Urakava yaşayış məntəqəsindən 34 kilometr cənub-qərbdə, ocağı isə 59 kilometr dərinlikdə yerləşib.
Son zamanlar asiyalı turistlər zəlzələ ilə bağlı proqnozlar səbəbindən Yaponiyaya səfərlərini kütləvi şəkildə ləğv etməyə başlayıblar. Proqnozun müəllifi manqa rəssamı Re Tatsukidir. O, 1999-cu ildə nəşr etdirdiyi “Gördüyüm gələcək” adlı kitabında 2011-ci ilin martında baş verən dağıdıcı zəlzələ barədə də xəbərdarlıq etmişdi. Kitabın 22 il sonra nəşr olunan tam versiyasında növbəti böyük zəlzələnin Yaponiyanı 2025-ci ilin iyulunda silkələyəcəyi deyilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]
“Reuters”: Kennedi ABŞ-də qızılcanın nəzarətsiz yayılmasına yol verib
- 17.11.2026 [16:00]