DÜNYA
Yaponiyanın Baş Naziri Dövlətin Əsasının Qoyulduğu Gün münasibətilə xalqa müraciət edib
Tokio, 11 fevral, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe fevralın 11-də qeyd edilən Dövlətin Əsasının Qoyulduğu Gün münasibətilə xalqa müraciət edib.
AZƏRTAC xəbər verir ki, Ş.Abe öz müraciətində yapon xalqının qarşıda duran mürəkkəb vəzifələri qətiyyətlə dəf edərək, işıqlı gələcəyə doğru irəliləyəcəyini bəyan edib. O deyib ki, uzunmüddətli tarixi ənənələrə malik olan yapon xalqı çiçəklənən və sülhə xidmət edən bir ölkə qurub.
Ş.Abe qeyd edib ki, yaponlar özlərində azadlığı və demokratiyanı dəstəkləmək, insan hüquqlarına və qanunun aliliyinə hörmət kimi yüksək keyfiyyətlər formalaşdırmağa nail olublar.
Baş Nazirin sözlərinə görə, yeni Reyva dövründə Yaponiya xalqı öz ənənələrini qorumaqda davam edərək, heç bir çətinlikdən qorxmayaraq, parlaq gələcəyə doğru qətiyyətlə irəliləyəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio