YAPONİYANIN İMPERATORU ƏLAHƏZRƏT AKİHİTOYA
Əlahəzrət,
Yaponiyanın milli bayramı - İmperatorun təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bizim üçün çox əhəmiyyətlidir. Ümidvaram ki, əlaqələrimizi bütün sahələrdə inkişaf etdirmək məqsədi ilə bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2002-ci il