MƏDƏNİYYƏT
Yaponiyanın məşhur piano ifaçısı Bakıda konsert verəcək
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 18-də Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Nakamura Tempeyin konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsert Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Tədbir Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunur.
Nakamura Tempei konsertdə Yaponiya və dünyanın aktual məsələlərini əks etdirən unikal musiqi parçaları ilə çıxış edəcək.
Qeyd edək ki, Nakamura Tempei indiyədək dəfələrlə Yaponiya, Amerika və Avropa ölkələrində konsertlə çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]