DÜNYA
Yaponiyanın sabiq Baş nazirinə hücum edilib
Tokio, 8 iyul, AZƏRTAC
İyulun 8-də Yaponiyanın şərqində yerləşən Nara şəhərində küçə mitinqi zamanı sabiq Baş nazir Şinzo Abeyə hücum edilib.
AZƏRTAC Yaponiya KİV-inə istinadla xəbər verir ki, yerli vaxtla saat 11:30-da baş verən hadisə zamanı NHK telekanalının müxbiri atəş səsinə oxşar səs eşitdiyini, bundan sonra Şinzo Abenin yıxıldığını bildirib.
Hadisə zamanı Ş.Abenin iyulun 10-da parlamentə keçiriləcək seçkilərlə bağlı seçicilər qarşısında çıxış etdiyi qeyd olunur. Sabiq Baş nazirin xəstəxanaya yerləşdiyi bildirilir.
Kyodo agentliyi Ş.Abeyə arxadan atəş açan şəxsin Yaponiya polisi tərəfindən saxlandığı və hazırda hadisənin təfərrüatlarının araşdırıldığı barədə məlumat yayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:03]
BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb
- 07.05.2024 [12:57]
Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir
- 07.05.2024 [12:47]
Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb
- 07.05.2024 [12:44]
Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb
- 07.05.2024 [12:26]
CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb
- 07.05.2024 [12:20]
Rusiya Prezidentinin inauqurasiyası olacaq
- 07.05.2024 [12:11]
Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib
- 07.05.2024 [11:59]
Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq
- 07.05.2024 [11:26]