DÜNYA
Yaponiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə Ukrayna ətrafında vəziyyəti müzakirə edib
Tokio, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Melburnda ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşən Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi onunla Ukrayna ətrafında vəziyyəti müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, görüş zamanı Ukrayna sərhədində Rusiya qoşunlarının toplanmasından narahatlığını ifadə edən tərəflər baş verə biləcək həbi müdaxilənin qarşısını almaq üçün əməkdaşlıq barədə razılığa gəliblər.
Bundan əlavə, tərəflərin Cənub və Şərqi Çin dənizlərində vəziyyət və Şimali Koreyanın son raket sınaqlarını müzakirə etdiyi də bildirilir. Həmçinin, E.Blinkenin təbii sıxılmış qazın Avropaya nəqli barədə qərara görə Yaponiya tərəfinə minnətdarlığını çatdırdığı qeyd edilir.
Xəbər verdiyimiz kimi, Yaponiyanın xarici işlər naziri ABŞ, Hindistan və Avstraliyanın xarici işlər nazirlərinin iştirakı ilə təhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) çərçivəsində danışıqlarda iştirak etmək üçün Melburnda səfərdədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]