YAPONLAR DÖRDÜZGƏCLİ DELFİN OVLAMIŞLAR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Yaponiya dənizçiləri dördüzgəcli butulkaburun delfin (afalina) ovlamışlar. Alimlərin fikrincə, bu sensasiyalı tapıntı göstərir ki, delfinlərin əcdadı vaxtilə quruda yaşamış və dördayaqlı olmuşdur. Alimlər inkişaf etməmiş arxa üzgəcli delfinlərə əvvəllər də rast gəlmişdilər. Lakin arxa üzgəcləri yaxşı inkişaf etmiş və simmetrik yerləşmiş delfinlərə ilk dəfədir rast gəlinir.
Tokio Balinakimiləri Öyrənmə İnstitutunun alimləri demişlər ki, 5 yaşlı delfinin arxa üzgəcləri qabaq üzgəclərindən kiçik, insan biləyi boydadır və quyruğa yaxın yerdə yerləşir.
Çox güman, bu atavizm qeyri-adi mutasiya nəticəsində yaranmışdır. Alimlər afalinanın DNT analizini, habelə bir sıra rentgenoloji tədqiqatlar aparmaq niyyətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [23:15]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [22:14]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]