Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

YARAT-ın ARTIM Layihə Məkanı: “Parlaq işiqlar şəhərində”

Bakı, 24 iyun, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanının ARTIM Layihə Məkanında “Parlaq işiqlar şəhərində” adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi müxtəlif nəsillərdən olan azərbaycanlı rəssamları bir araya gətirir. Onlar əsərlərində müasir Bakıya, şəhərdəki böyük dəyişikliklərə öz bədii münasibətlərini bildirirlər. Bu rəssamlar şəhəri yumoristik, həssas, zahiri laqeydlik və tənqidi baxışlarla müşahidə edirlər. Onlar şəhərin hazırda qarşılaşdığı aktual suallar ətrafında hekayələr uydururlar.

“Parlaq işiqlar şəhərində” sərgisi Səbinə Şıxlinskaya və Samir Salahovun əsərləri ilə başlanıb. Bu rəssamlar şəhəri ələ keçirmiş ən yeni memarlıq üslubu və müasir Bakının simasına çevrilmiş hadisələrdən bəhs edirlər.

Səbinə Şıxlinskaya “Klaustrafobiya” adlı 2 ekranlı videoda özünü Bakı ətrafında bir divarın kənarı ilə gedərkən lentə alıb, bu təsvirin üzərinə eyni divarın tikintisi təsviri əlavə olunub. Rəssam gəzişmək kimi sadə bir hərəkətlə sosial, mədəni və iqtisadi şəraitin şəhərin landşaftına dərin müdaxiləsini əks etdirir. Ağ-qara üslubunda çəkilmiş ikinci görüntü bu divarların tikilməsi mərhələlərini göstərir. Birdən yonulmamış divar cərgəsi üfüqün görünməsi ilə pozulur. Açıq sahədə görünən evlər genişlik hissi aşılayır. Bundan sonra kamera yenidən divarı çəkməyə başladıqda, o, həddən artıq yaxın və klaustrabobik görsənir. Ən vacibi isə videonun şəhər ətrafını izləmək üçün ciddi məhdudiyyət tətbiq etməsidir.

Samir Salahov Bakıda bina fasadlarının bərpa işləri nəticəsində yeni ağlay daşları və neo-klassik üslubuna oxşar ornamentlər ilə bəzədilən binaları əks etdirir. O, rəqəmsal formada üç ümumi ssenari modelini düzəldir və onları hərəkətdə olan həssas, linzavari panellər üzərində çap edərək, şəhər ətrafında baş verən sürətli dəyişikliklərə istinad edir. İlk ilğım seriyasından olan çap modelində yeni və böyük fasadların artıq uzun zaman tikilmiş binaların üzərinə quraşdırılması sonda faciəli-komik vəziyyətlə nəticələnir. Məsələn, pəncərənin oyuqları uyğun gəlmir və ya Samir Salahovun versiyasına görə, işıqforlar piyada keçid işarələrinin bərpa işləri zamanı yoxa çıxır. Sadə ağacların birdən-birə palmalara çevrilməsi, yeni bulvar ətrafında salınmış qeyri-adi plantasiyanı xatırladır. Üçüncü çap isə gecələr şəhərimizi parlaq göstərən, çox hallarda Azərbaycan bayrağındakı rənglər ilə fasadların hərəkətli işıqlandırılmasına üstünlük verildiyinə diqqətimizi yönəldir.

Eldar Əkbərov mövsüm olmayan zaman boş çimərliklərdə çəkilişlər apararaq Bakı şəhərində qeyri-yaşayış yerlərinə metafora yaradır. Bu melanxolik fotolar əzəmətli sükunət və əzəmətli həndəsə ilə təbiətin insan qalıqları ilə necə baş açdığını görsətmək istəyir. Bakıda bir sıra yeni binaların cilalandıqlarına və bərpa işlərinin sona çatmasına baxmayaraq, çılpaqlıq hissi insanın həyatdan tamamilə məhrum edildiyini xatırladır.

Orxan Hüseynov “30 fevral müharibəsi” adlı videosunda apokalipsis sonrası hissi daha da gücləndirir. Bu video müharibə ərazisində çəkilmiş sənədli film kimi təqdim olunur, nəticədə bu çəkiliş xəbərlər buraxılışı üçün adi bir mənzərəyə çevrilir. Orxan Hüseynov bu reportajların stilistikasını əsas götürərək, Bakının sərt sənaye sahələrini titrəyən kamera ilə çəkir və atışma səsləri ilə tamamlayır. Rəssamın başlıca məqsədi film əsaslı üslubun həqiqiliyini araşdırmaq olsa da, bu görüntülər müasir Bakının konteksti çərçivəsində saysız istinadlar üzə çıxarır. İlk baxışda izləyici hadisələrin Qara Yanvar (1990), sovet ordusunun şəhərə daxil olduğu zaman baş verdiyini düşünür. Bu video ölkənin müstəqilliyi bərpa etmək yolunda keçdiyi çətinlikləri yenidən göstərir. Ancaq hazırda - 2016-cı ilin aprel hadisələrindən sonra Dağlıq Qarabağda atəşkəs rejiminin yenidən bərpası ilə sanki Qarabağ münaqişəsi yerini dəyişir və Bakının hopdurduğu görünməz gərginlik maddiləşir.

Gənc rəssamların əsərlərində isə Bakı gənclərinin mənəvi dünyası başqa perspektivdən təqdim edilir. Zamir Süleymanov keçmiş “Vətən” kinoteatrının içərisindəki çayxanada bakılı gəncləri çəkib. Sənədli xarakterə malik bu filmdə rəssam bir-birinə oxşayan maraqsızlığı adi bir gündə istirahət mərkəzində müxtəlif yaşda kişilərin nərd, bilyard, pinq-ponq və onlayn oyunlar oynamasında təqdim edir. Əsasən gənc oğlanlardan ibarət “Vətən” kinoteatrı videosu xamlığın və fəaliyyətsizliyi ümumiləşdirərək, daxilən laqeyd gəncləri təqdim edir. Filmdəki axın balaca oğlanların əzbər öyrəndikləri şerləri həvəslə oxuması ilə pozulur. Letargiyalar arası iztirablı yanbayanlıq məlumatlı, enerjili, lakin mənasız vaxt keçirən gənclərdə ölkədə inşa işləri, milli düşüncə anları və şəxsi ictimai məsuliyyət baxımından suallar yaradır.

Ehtiram Cəbinin fotoşəkili Novruz bayramı ərəfəsində İçərişəhərdə tez-tez rast gəlinən təqlidçilərin, milli rəmzlərin təsvir olunduğu “Novruzion” seriyasından götürülüb. Bu insanlar kiçik bir haqq müqabilində ucuz, lakin enerji dolu geyimlərində şəkillər üçün poza alırdılar. Yoldan keçən insanları adətən bu rəng çalarları ilə zəngin, parlaq paltar cəlb edirdi. Ehtiram Cəbi bu təqlidçiləri dramatik dərəcədə yaxından, üzlərini fokusa alaraq çəkib. Nəticədə fotoşəkillər, ifadəli, xəcalətli, nazlı, qıcıqlanmış və qarşı tərəfi olan fəhlə sinfinin ifadəli portretlərinə çevrilib. Sərgi üçün seçilmiş fotoşəkil kameraya gözünü zilləmiş mavi kostyumlu bir gəncin təsviridir. Geniş miqyasda partladılmış, duyğusal portret rəğbət, rədd, sərtlik amillərinə toxunur və demək olar ki, səfalət öz qınında həbs edilmiş camaatı insanlaşdırır, onların cəmiyyətdə yeri, yaşama şəraiti barədə düşünməyə vadar edir.

Seymur Seyidbəylinin “Estetik səhvlər” seriyası qadınların özləri tərəfindən qadın şəxsiyyətinin yaradılmasına və əbədiləşdiriliməsinə diqqəti cəlb edir. Bu əsərlər, demək olar ki, incəsənət estetikasını xatırladan, qadınları müxtəlif formatda - bəzən seksual, sadəlövh, şüursuz, xəbərsiz, bəzən isə şüurlu olaraq fotoobyektivə baxan halda onların fotolarını təqdim edir. Bu, Bakı ətrafında daha sonradan sosial şəbəkələrə yüklənən təbiətlə bağlı foto çəkilişlərdə tez-tez rast gəlinən mənzərədir. Bu, təsadüfi şəkildə təhrifə yol verilən, canlı rənglərlə gizlədilən qadın bədəninin şəkilləri, qadınlığın necə və niyə belə fərqli şəkildə təqdim olunması və ünsiyyətə çıxarılması barədə fikirləşməyə çağırır.

Sərgi Rəna Əfəndinin “Maye torpaq” və Zeyqəm Əzizovun “Simpozium” əsərlərinin sentimental notları ilə tamamlanır. Hər iki rəssam neçə vaxtdır ki, Azərbaycanın hüdudlarından kənarda yaşayır və seçilmiş əsərlər onların Bakıya uzaq perspektivdən münasibətinin təcəssümüdür. Nostalji və sentimental duyğularla aşılanmış hər iki əsər onların doğma şəhərinə tənqidi münasibətini çatdırır.

Rəna Əfəndinin “Maye torpaq” adlı fotokitabı rəssamın SSRİ-də kəpənək ovlamağı öyrənən dissident ssenarist atası tərəfindən ilhamlandırılıb. Rəssamın mərhum atası ilə barışmağa həddən artıq şəxsi meyilinin büruzə verməsi onun böyüdüyü yerə dərin mənalı baxışıdır. Fotokitab Bakı ətrafında çəkilmiş kəpənək təsvirləri və ov səhnələrindən ibrətdir. Orada həyat sənaye dağıntıları, metal, zibil və disfunksional neft buruqlarının ətrafında çiçəklənir.

Zeyqam Əzizov uşaqlıq illərinin keçdiyi Bakıya istinad edərək, günümüzün incəsənət istehsalı şəraitini və film texnikası haqqında əhəmiyyətli mövzuları araşdırır. “Simpozium” videosu kollaj növündə uyğunlaşdırılmış şəkillər və rəssamın şəxsi monoloqundan ibarətdir. Rəssam “görüntü kolonializmi” adlanan yeni termin ixtira edir, bu termin müasir Qərb dünyasında modern Şərq dünyasının ekzotik portretinə füsunkarlığı təsvir edir. Videonun mərkəzi Reza Deqatinin tərk edilmiş neft sahəsində oynayan uşaqlar fotosudur. Qərbliləri heyran edəcək bu tipik mənzərə sovet erasının sonunu və onun özü ilə gətirdiyi azadlıq ruhunu əks etdirir.

Sərginin adı Tofiq Babayevin sovet dövründə bəstələdiyi eyniadlı mahnıdan götürülüb. Bu mahnı anonim olaraq Bakının himni kimi qəbul edilib, şəhərin keçmiş laqeyd həyat fəaliyyətinin romantik xatirələrini təcəssüm etdirib. Sərginin afişası Mariya Nesterovanın “İntuourist” turizm agentliyinin 1938-ci ilin “Bakı” adlı afişasında irəli gəlir. Bu rəsm, ölkənin imicini beynəlxalq auditoriyaya təqdim etmək üçün vəsait əsirgəməyən SSRİ-nin öz beynəlxalq imicini aqressiv şəkildə təqdim olunduğu dövrdəndir. SSRİ “Kommunist ideallarına qarşı” çıxan insanları insafsızcasına təmizlədikləri zaman, “Art Deco” plakatları incə turları reklam edirdilər. Reallıq və beynəlxalq səviyyədə qeyd olunanlar arasındaki dixotomia bu gün də əsas müzakirə mövzularındandır. Siyasi gücün arxada qalan tamaşanı kənarda olan insana necə təqdim etməsi maraq doğurur. “Parlaq işıqlar şəhərində” adlı sərgisində rəssamlar süni tətbiq edilən və onların ətrafında açılan həyatı əks etdirərək dialoq yaratmaq məqsədini qarşıya qoyublar.

Sərgi iyulun10-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,2 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb