MƏDƏNİYYƏT
YARAT Müasir İncəsənət Məkanında yoqa kursları keçiriləcək
Bakı, 18 avqust, AZƏRTAC
YARAT Müasir İncəsənət Məkanı avqustun 20-21-də hatha-yoqa üzrə ixtisaslı təlimçi İra Berezinanın rəhbərliyi ilə yoqa kurslarını təşkil edəcək.
YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi şüurlu surətdə həyata keçirdiyimiz proseslərlə qeyri-şüurlu proseslərimiz arasında, yəni zehin ilə vücud, çalışqanlıq ilə rahatlıq, fikrin cəmləşdirilməsi ilə dalğınlıq, ha (şüur, kişi, günəş) ilə tha (həyat qüvvəsi, qadın, ay) arasında balans yaratmaqdır. Bu iki qüvvənin bir-biri ilə birləşdiyi zaman insanın həyatında böyük hadisə baş verir, onun ali şüuru oyanır.
Qeyd edək ki, kurslar həftənin hər şənbə günü saat: 18:30-20:00 keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
- 04.05.2024 [11:17]