İQTİSADİYYAT
Yardımlı EŞ Müəssisəsi üzrə texniki-iqtisadi göstəricilər yüksəkdir
Bakı, 4 sentyabr (AZƏRTAC). Cari ilin əvvəlindən Yardımlı Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi üzrə müəyyən irəliləyişə nail olunmuş, texniki-iqtisadi göstəricilər daha da yaxşılaşdırılmışdır. Bundan əlavə, şəbəkənin istismar səviyyəsini normal saxlamaq istiqamətində də işlər görülmüşdür.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 7 ayında ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 797 min kilovat-saat artaraq 9,4 milyon kilovat-saata yaxın olmuşdur. Ödənişdə artım təqribən 19 faiz təşkil etmişdir.
Bu müddətdə daimi əhali istehlakçı qrupunda istehlak 7,2 milyon kilovat-saata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 248 min kilovat-saatdan çox artmış, ödənişdə mütləq artım isə 5 faizdən artıq olmuşdur.
Hazırda enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir.