REGİONLAR
Yardımlıda ölkə əhalisinin 10 milyon nəfərə çatması münasibətilə konsert təşkil edilib
Yardımlı, 9 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması ölkəmizin bütün bölgələrində olduğu kimi, Yardımlıda da sevinclə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Yardımlı şəhərindəki mədəniyyət və istirahət parkında konsert təşkil edilib.
Əvvəlcə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, demoqrafik inkişafla ölkənin sosial-iqtisadi vəziyyəti arasında üzvi bağlılıq var. İnsanlar bunu öz gündəlik həyatlarında hiss edir, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunu rəğbətlə qarşılayır, yüksək qiymətləndirirlər. Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərə baxmayaraq, Azərbaycan ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirir, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılır, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülür.
Tədbir Yardımlı Rayon Mədəniyyət Mərkəzinin hazırladığı bayram konserti ilə davam edib.
Sonda möhtəşəm atəşfəşanlıq rayon əhalisi tərəfindən maraqla qarşılanıb.