Yardımlıda taxıl biçini başa çatıb
Yardımlı, 23 iyul, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda taxıl yığımı kampaniyası başa çatıb. Fermerlər və məhsul istehsalçıları 3 min 490 hektar sahədə taxıl məhsullarının yığımını başa çatdırıblar. Bunun 2 min 980 hektarı buğda, 350 hektarı arpa, 160 hektarı isə sair dənli bitkilərdir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, buğda sahəsinin hər hektarından 22,3 sentner olmaqla 66 min 352 sentner, arpa sahəsinin hər hektarından 19,1 sentner olmaqla 6 min 676 sentner, sair dənli bitkilər sahəsinin hər hektarından 17,9 sentner olmaqla 2 min 863 sentner taxıl məhsulu yığılıb.
Rayon üzrə orta hesabla hər hektardan 21,7 sentner olmaqla 75 min 891 sentner taxıl məhsulları istehsal olunub.