Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaşayan, yaşadan tarix

Yaşayan, yaşadan tarix

Bakı, 21 oktyabr, AZƏRTAC 

Tarixi günlər yaşayırıq. Tarix keçmiş deməkdi, amma mən deyən tarix canlıdır, bizimlə addımlayır, yaxud biz onunla birgə irəliləyirik. Bu tarix dünən deyil, bəlkə ağrı-acı dolu dünənin üzərindən qalın xətt çəkən bu gündür - amma elə bu gün ki, bu günə sığmır, bu gündən daha çox sabahdır. Son 100-150 ildə itirdiklərimizin yenidən millətimizə, ruhumuza qazandırılması başlayıb. Müdrik Ali Baş Komandanımızın təmkinli, uğurlu siyasəti və onun mükəmməl rəhbərliyi ilə irəliləyən müzəffər Ordumuz milli dirçəlişimizi, xəlqi oyanışımızı, dövlətçiliyimizin şanını yüksəldir. Bizə bu tarixi günləri göstərən, daha doğrusu tarixin özünü yaşadan Tanrımıza şükürlər olsun.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, dövlət-xalq birliyinin növbəti təntənəsini yaşadığımız bu günlərdə dövlət idarəetməsinin, diplomatiyanın, hərbi uğurların anatomiyasını mümkün olan açıqlıqda bizlərə və bütün dünyaya göstərən Azərbaycan Prezidenti İlham Əliyev bir milli lider örnəyidir: “Prezidentin son günlər xarici TV-lərə ard-arda müsahibələri yalnız həmin TV-lərdə deyil, onlara istinadən bir çox media orqanlarında da yayımlanır, tirajlanır, müzakirə edilir. Bu da ən azı iki səbəblə bağlıdır: birincisi, Dağlıq Qarabağ ətrafında 30 ilə yaxındır formalaşdırılmış qəbuledilməz “status-kvo”nun, bədnam “təmas xətti”nin aradan qaldırılmasıdır; ikincisi, müsahibələrin məhz həmin “status-kvo”nu, “təmas xətti”ni aradan qaldırmış ordunun Ali Baş Komandanına aid olmasıdır. Belə müsahibələrdən biri bu günlərdə, Rusiyanın məşhur TASS informasiya agentliyinə verildi. Azərbaycan Prezidentinin öncəki müsahibələri ilə yaxından tanış olmuş və onlar haqqında öz düşüncələrini yazmış deputat olaraq TASS-a müsahibədə verilmiş mesajlar, müsahibənin fərqli və xüsusi önəm daşıyan cəhətlərinə dair bəzi qənaətlərimi oxucularla paylaşmaq istərdim”.

“Məncə, ilk sırada bu xüsusları qeyd etməliyik: Azərbaycan Respublikası öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Bu, Azərbaycan Prezidentinin daha öncələr dediyi məşhur “sözümüz imzamız qədər keçərlidir” sözləri ilə sabitdir. Bəlli olduğu kimi, bu müsahibə Rusiyanın informasiya agentliyinə verilib və çoxmilyonlu rusdilli auditoriyaya belə bir mövqenin çatdırılması, təkrarlanması və daha çox insan tərəfindən qəbul görməsi bizim üçün önəm ərz edir. Rusiyanın 100 faiz asılılığında olan Ermənistanın Rusiyaya bir söz, digər böyük dövlətlərə başqa söz dediyi, kim daha güclü olacaqsa, onun yanında olma zehniyyətinə sahib olduğu mübahisəsizdir. Dövlətçilik ləyaqəti, sağlam dövlət iradəsi olmayan Ermənistanın dostluğu da, düşmənçiliyi də, ən adi tənqidə tab gətirməz. Dünyada ən çox dövlət qurmuş, tarixdə ən ədalətli hökmdarları, fatehləri ilə ad çıxarmış bir millətin övladı olaraq, öz dövlətimizi dar düşüncəli bir “dövlət”lə müqayisə etmək istəməzdim lakin iş elə gətirib, bizim torpaqları işğal edən dövlət qismində Ermənistan çıxış edir. Bizə düşmən olmağa belə uyğun olmayan, hər mənada kiçik bir “dövlət”dən danışırıq. O Ermənistan ki, bundan bircə ay öncə, hərbi-siyasi təkəbbürü yerə-göyə sığmırdı, özündən müştəbeh davranırdı. Bax, belə bir uğursuz dövlətin qarşısındakı Azərbaycan həmişə olduğu kimi, öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə münasibətdə sözübütövdür. Dövlətimiz həm öncədən, həm də, elan olunmamış müharibənin nizamlanmasına dair danışıqlar prosesində beynəlxalq hüquqa, dinc həll yoluna sadiqlik nümayiş etdirir, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əzmindədir. Ancaq öhdəlik, anlaşma, razılaşma, dialoq, müzakirə… Ən azı ikitərəfli yaxud üçtərəfli, çoxtərəfli olur və belə olunca da, yalnız bir tərəfin sadiqliyi, etibarı həlledici ola bilməz. Problemi həll etməz - gərək bütün tərəflər öhdəliklərə, verilən sözə sadiq olsun. Necə deyərlər, olmazsa, olmaz”, - deyə deputat qeyd edib.

Q.Paşayeva vurğulayıb: “Bəs biz nə görürük? Humanitar atəşkəs üçün özü xahiş edən qarşı tərəf humanitar atəşkəsə əməl etmir. Danışıqların üzərindən heç 1 sutka keçməmiş Gəncə şəhərinə hücum edən Ermənistandan başqası deyildi. Bu azmış kimi, Ermənistan ən ağlagəlməz bir “versiya” ilə çıxış edəcək qədər həyasız, sırtıq ola bilir. Deyə bilir ki, o raketləri Gəncəyə Ermənistan atmayıb. O zaman ya NUO-lar icra edib, ya da biz özümüz öz şəhərimizi, öz mülki insanlarımızı hədəf almışıq. Absurdun bir bu qədəri görünməmişdir hər halda..!”

“Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub. Xarici İşlər naziri Ceyhun Bayramov “humanitar atəşkəs” danışıqlarına gedərkən Ordumuz üstünlüklər əldə etmişdi və bu gün olduğu kimi o gün də güclü tərəf idik - həm güclü, həm də, haqlı. Amma danışıqlara razılıq verdik. Yenə hər hansı müzakirədən, masadan qaçmırıq. Ancaq çətin soyadlı Mnatskanyan çətin danışıqlarda həm haqsız, həm də gücsüz tərəfin naziridir. O, çətini asan edə bilər. Əslində gücsüz və haqsız tərəfin naziri əslində necə davranmalıdır? Erməni nazir barışıqda, anlaşmada daha çox maraq nümayiş etdirməli, güzəştə getməli, şərt irəli sürməməli və ən əsası verdiyi sözü tutmalıdır. Əvəzində isə nə gördük? Atəşkəs razılaşması qüvvəyə minər-minməz atəş şiddətləndi. Xeyir ola? Bəs o 11 saatboyu bizim nazirin vaxtını niyə alırdınız? Atəşkəsi az qala bayram kimi qeyd edən öz ölkənin sakinlərini niyə xəyal qırıqlığına uğradırsan? Doğrusu, belə etibarsızlıqlar Ermənistan hökumətinin nəyinə və kimə lazımdır? Normal ağılla izah etmək çətindir. Çünki nəticə etibarı ilə itirən yenə özləri olur. İş belə ikən indiki halda birinci dərəcəli məsələ nədir? “İndiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”, - deyən Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibəsində hansısa mübahisəyə yer qoymadı. Əlbəttə, biz haqlı olduğumuza da, dövlət başçımızın xalqın istək və arzularını yüksək səviyyədə ifadə etdiyinə də əminik. Əminik ki, Ermənistanın işğal etdiyi əraziləri tam geri qaytaracağıq. Çünki o, öz xoşu ilə bu geri qaytarma prosesini heç cür icra etmir. Otuz ilə yaxın vaxt keçib, lakin könüllü qaytarılan 30 kvadratmetr ərazi olmayıb. İşin ən hiddət doğuran tərəfi odur ki, işğaldan azad edilən ərazilərdə düşmənin qurduğu istehkamlar, dəmir-beton bəndlər, çoxfunksiyalı tunellər, düşmənin Qarabağa yığdığı həddən çox texnika və eşelonlaşmış müdafiənin təşkili, daha 30 il keçsə də, torpaq vermə istəklərinin olmadığını göstərir. “Yazıq, kimsəsiz olan amma qalib gəlməyə məcbur qalmış”, “xristianlığın son qalası”, “blokadada qalmış ali irq adası” kimi ifadələrlə özünü və beynəlxalq ictimaiyyəti aldadan işğalçının iç üzü TASS efirindən dünyaya bir daha çatdırıldı. Necə deyərlər, o vaxtadək çatdıracağıq ki, nəhayət, ədalət öz yerini tapsın!..”, - deyə Milli Məclisin Mədəniyyət komitəsinin sədri əlavə edib.

Q.Paşayeva bildirib: “Prezident TASS əməkdaşının Laçın dəhlizi mövzusunda sualını cavablandırarkən o dəhlizlə yanaşı, bütün digər kommunikasiyaların, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların da müzakirə mövzusu olduğuna işarə etdi. Prezident ona da işarə etdi ki, Ermənistan ciddi şəkildə silahlanır və bu bölgədə təhlükəsizliyi pozur. Rusiyanın informasiya agentliyinə müsahibədə açıq şəkildə deyildi ki, Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. “Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”, - Azərbaycan Prezidenti qeyd edib. Çox xoşdur ki, hər müsahibədən öncə və sonra Azərbaycan Prezidentinin “qələbə tvit”ini yaxud xalqa müraciətini gözləməyə və gözlədiklərimizin doğrulmasına öyrəncəli olmuşuq. Bu dəfə də istisna təşkil etmədi. Dünən Azərbaycan Prezidenti Zəngilan şəhərinin, bir neçə kəndimizin azad edilməsinin müjdəsini verdi. Xalqımızın gözü aydın olsun. Biz bilirik ki, aktiv döyüşlərin getdiyi bir vaxtda dövlət başçısının xarici TV-lərə ard-arda geniş müsahibələr verməsi nə deməkdir. O müsahibələrdəki mesajları, necə deyərlər, sətiraltılarını da başa düşürük. Başa düşürük ki, dövlət başçısı hərbi uğurlarla diplomatik uğurları bir-biri ilə vəhdətdə yürüdür. Hazırki dövrdə xarici TV-lərə ardıcıl müsahibələr diplomatiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Doğrudur, bir çox halda TV və informasiya agentliklərinin müsahibələri paralel olaraq Ermənistanın baş naziri ilə də təşkil edilir, lakin əsas məsələ işğalçı ölkə rəhbərinə də mikrofon uzadılması deyil, o mikrofona nə deyilməsi əsasdır. Hətta “guya demokrat” Paşinyan deyil, bir başqa yan olsaydı da, xüsusi bir fərq yaranmayacaqdı. Çünki adının qabağında kimin yazıb-yazmamasından asılı olmayaraq, bir işğalçı təyini var ortalıqda. Bu təyin Ermənistanın bütün keçmiş və hazırkı dövlət məsullarının beynində, ruhunda var. Və budur, beyni və ruhu ilə işğalçı, terrorçu olanlar hərb cəbhələrindən geri çəkilir, müqavimətə cəhd edənlər sınıq-salxaq edilir, qovulur, zərərsizləşdirilir. Canlı tarixin içindəyik. Bəzən bir günün bir neçə ilin hadisələri qədər zənginlik daşıdığını görürük. Mən bu sətirləri yazarkən yeni hadisələr baş verməkdədir. Daha yeni müjdələrin gözləntisi və sarsılmaz inamındayıq. Dövlətimiz var olsun!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımalarının həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

8 Noyabr münasibətilə Zəfər Parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub

Azərbaycanın tarixi Qələbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb - İtaliya eksperti

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar VİDEO

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum VİDEO

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum VİDEO