Yaşıl fikirlə sağlam gələcəyə...
Bakı, 28 iyun, AZƏRTAC
Polietilen torbalardan və plastik butulkalardan istifadənin azaldılması istiqamətində aparılan maarifləndirici layihələr çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə növbəti aksiya keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Yaşıl fikirlə sağlam gələcəyə!” devizi altında bir neçə marketdə keçirilən aksiyada alıcılara ekoçantalar paylanılıb.
Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin tədricən azaldılmasına nail olmaq, alternativ vasitə kimi ekoçantalardan istifadəyə üstünlük verməkdir. Sosial aksiyada ekologiya və təbii sərvətlər naziri yanında İctimai Şuranın sədri Sevil İsayeva, “Eco Baku” qeyri-hökumət təşkilatının sədri Sarita Vaid alıcılara polietilen torbaların ziyanı barədə ətraflı məlumat veriblər.
Nazirlik əhalinin ətraf mühitin qorunmasına töhfə olaraq polietilen torbalardan istifadəni tədricən azaldacağına və ekoçantalara üstünlük verəcəyinə ümid edir.
Qeyd edək ki, plastik tullantıların düzgün idarə olunması və polietilen məmulatlardan istifadənin məhdudlaşdırılması ilə əlaqədar ETSN sosial aksiyaların keçirilməsini davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]