“Yaşıl marafon”a start verildi
Bakı, 5 noyabr, AZƏRTAC Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də “Ümumrespublika yaşıllaşdırma” marafonuna start verilib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.
Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabrda və martın sonu - aprelin əvvəlində) əkilməsi və marafonun mayın əvvəlində başa çatdırılması planlaşdırılır.
Marafon IDEA İctimai Birliyinin internet səhifəsində (www.ideacampaign.az) mütəmadi olaraq işıqlandırılacaq və onun gedişi zamanı müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar həmin internet səhifəsində yerləşdiriləcək.
Layihədə Azərbaycan Respublikasının 76 rayon və şəhər icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.
IDEA İctimai Birliyi təsis edildiyi vaxtdan ölkəmizdə yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə xüsusi əhəmiyyət verib və bu sahədə bir sıra uğurlu layihələr həyata keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]