Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaşıl mələk kimi

Bakı, 4 oktyabr, Turan Teymurov, AZƏRTAC

Ən çox yaşıl rəngi sevirdi - yaşıl çəmənləri, meşələri, təbiəti... Hərbi forması da yaşıl rəngdə idi. Hətta evdə ailə üzvləri, xüsusilə həyat yoldaşı zarafatla deyirdilər ki, yaşıl rəngi o qədər çox sevdin ki, hərbi formanın rəngi də yaşıl oldu. Vətən müharibəsindən sonra Laçına gedəndə oradan şəkillər çəkib göndərmişdi, ətraf hər yer yaşıl idi. O yerləri çox bəyənirdi, hətta deyirdi ki, buralar cənnətdir...

Elməddin həyatı da çox sevirdi - öz işini, əsgərləri, uşaqları, ailə üzvlərini, həyat yoldaşını...

AZƏRTAC xəbər verir ki, Elməddin Nəsibov 1989-cu ildə Tovuz rayonunda anadan olub. 2013-cü ilin dekabrından 2015-ci ilin iyulunadək Fövqəladə Hallar Nazirliyinin Mühafizə idarəsində bölük komandiri, 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin Qusar rayonunun Samur Keçid Məntəqəsində nəzarətçi, 2020-ci ilin yanvarından həmin xidmətin Horadiz Sərhəd Dəstəsində Bölük komandirinin müavini, sonra isə Bölük komandiri vəzifəsinə irəli çəkilib. Vətən müharibəsinin ilk günündən silaha sarılaraq döyüşlərdə iştirak edib.

Döyüş yoldaşı Arzu Hacıyev baş leytenant Elməddin Nəsibovla 2020-ci ilin iyulunda tanış olub. Onlar Vətən müharibəsinin ilk günündən döyüşə qatılıblar. Birlikdə iştirak etdikləri ilk döyüş müharibənin 11-ci günü Hadrut uğrunda olub: “O, bölük komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini idi və şəxsi heyəti həmişə ən yüksək psixoloji hazırlıqda saxlamağa bacaran bir zabit idi. Altı gün Hadrutda döyüşlərdə iştirak etdik, qəsəbə ermənilərdən tam təmizlənəndən sonra komandanlıq bizi zirehli texnikalarla Zəngilanın Alıbəyli kəndində göndərdi. Həmin kənd yaxınlığında düşmənin 150 nəfərə yaxın xüsusi təyinatlı qoşun növü ilə üzləşdik. 18 saat yarım davam edən döyüşdən sonra xeyli tükənmişdik, hərbi sursatımız da az qalırdı. Düşmən qüvvələri qarşısında cəmi 30 nəfərlik bir heyətlə döyüşürdük. Ermənilər bizi mühasirəyə salmağa çalışırdılar. Baş leytenant Elməddin Nəsibovla rabitə əlaqəsi saxladıq və çox qısa bir vaxtda o, döyüşçülərlə və xeyli silah-sursat ehtiyatı ilə köməyə gəldi. Onların gəlişi sanki bizə əlavə nəfəs verdi. Ertəsi gün səhər saatlarında artıq biz erməniləri mühasirəyə salmağa cəhd göstərirdik. Həmin əməliyyat zamanı Yenikənd, Rəvənd və daha bir kəndi ermənilərdən təmizləyərək irəlilədik”, -deyə Arzu xatırlayır.

Atası Süleyman Elməddinin hər addımda ondan xeyir-dua aldığını deyir: “O, əvvəlcə Fövqəladə Hallar Nazirliyində, sonra isə Sərhəd Qoşunları Xidmətində işləməyə gedərkən ata kimi mənim xeyir-duamı aldı. Sonra öz xahişi ilə Horadizdə bölük komandirinin müavini vəzifəsinə getdi. Vətən müharibəsi başlamamışdan on gün əvvəl Bakıda görüşdük. Orada da ona dedim, ki, ay oğul, özündən muğayat ol”. Dedi, ata, sən məndən narahat olma, amma mən əsgərlər üçün narahatam, çünki onlar bizə əmanətdirlər. O, 44 günlük müharibənin ağrı-acılarını keçdiyinə, məhrumiyyətlərinə dözdüyünə , Zəfər Gününün sevincini yaşadığına görə, çox sevinir və fəxr edirdi”.

Anası Məleykə oğlunun saf qəlbli övlad olduğunu söyləyir: “Elməddin ailənin böyüyü idi, uşaqlıqdan çox tərbiyəli, çalışqan idi. Müəllimləri həmişə ondan razılıq edirdilər. 2007-ci ildə orta məktəbi bitirib Gəncə Dövlət Texnologiya Universitetinə qəbul olundu. Çox uşaqcanlı idi, tələbə olsa da, həmişə tətilə gələndə əmisi uşaqlarına nəsə alıb gətirərdi. Uşaqları sevindirməyi çox sevirdi”.

Həyat yoldaşı Gülnar onunla bağlı xatirələrini bölüşür: “O, ilk görüşdən alicənablığı ilə özünə rəğbət qazanmışdı. 2014-cü il oktyabrın 14-də onunla ailə qurduq, 7 il bir yerdə yaşasaq da, övladımız olmadı. Çox qayğıkeş, ailəcanlı həyat yoldaşı idi. Bir yerdə yaşadığımız yeddi ildə çox həkimlərə üz tutsaq, çoxlu müalicələr alsaq da, faydası olmadı. O, hətta övladlığa uşaq götürmək üçün müraciət etmək istəyirdi, mən onu ləngitdim. O, hər şeyi mənim razılığımla, məsləhətli şəkildə edirdi. Deyirdi, sən nə vaxt hazır olsan, onda övlad götürmək barədə qərar verərik”.

Bacısının dedikləri: “Bizim aramızda bacı-qardaş münasibətindən başqa dostluq münasibəti də var idi. O, heç nəyi məndən gizlətməzdi, zəng edəndə bəzən saatlarla danışardıq. Vətən müharibəsindən əvvəl özünə şəxsi avtomobil almışdı, evdə məndən başqa heç kəs bilmirdi. Həmin maşını müharibə başa çatandan bir neçə ay sonra sürməyə başladı. Laçında çox yaraşıqlı mənzərəli bir evin qarşısında şəkil çəkdirmişdi. Deyirdi, gör nə gözəl yerlərdi, indi bu evlərin sahibi bizik, bu yerləri tərk edən sakinlər qayıdıb yenidən öz evlərində yaşayacaqlar. Belə şeylərdən çox duyğulanırdı...O, özünə şəhidlik arzulayırdı. Həmin zirvəyə ucalmaq ona Vətən müharibəsi günlərində nəsib olmadı. Müharibədən sonra deyirdi ki, sağ qalsam, sizi Şuşaya gəzməyə aparacağam...

Elməddin uşaqları çox sevsə də, ata olmadı. Bir dostuna deyirmiş ki, ehtiyacı olan on əlilə araba alıb bağışlamaq istəyirəm, bəlkə onların duası mənə kömək oldu. Bunu onun şəhidliyindən sonra eşidəndə çox pis oldum...”.

O, Vətən müharibəsində şərəfli döyüş yolu keçsə də, sağ-salamat geri qayıtdı. Amma haradan biləsən ki, onun ömür yolu müharibədən səkkiz ay sonra Laçında avtomobil qəzasında qırılacaq... 2021-ci il iyunun 16-da Laçın rayonunun Cicimli kəndində hərbi tapşırığı yerinə yetirərkən şəhidliyə ucaldı ...

Baş leytenant Elməddin Nəsibov “Vətən uğrunda”, “Hadrutun azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Zəngilanın azad edilməsinə görə” medallarına layiq görülüb.

Gülnar xanım həyat yoldaşının yolunu davam etdirmək fikrinə düşüb: “Mənim ona, onun peşəsinə, formasına, geyiminə o qədər məhəbbətim var idi ki, Elməddinin yoxluğunda onun yolunu davam etdirmək istədim. Sərhəd Qoşunları Xidmətinin Baş idarəsinə getdim, çox böyük hörmət və qayğı ilə qarşıladılar, mənim istəyimə müsbət yanaşdılar. Onun daşıdığı formanı geyinərək Sərhəd Qoşunları Xidmətinin hospitalında işə başladım. Bu, mənim üçün həm sevincli, həm də çox ağır idi. Həmişə formanı səliqəyə salanda, ütüləyəndə Elməddinin köynəklərini ütülədiyim günlər yadıma düşür. Əlbəttə, çox çətindir. Hospitalda Birinci Qarabağ müharibəsinin döyüşçüsü, Milli Qəhrəman Allahverdi Bağırovun qızı Zümrüd Bağırova mənə çox böyük dəstək göstərdi. Öz fəaliyyətimlə Elməddinin adına layiq olmağa çalışıram. Onunla ailəli olduğum 7 ildə mənə uzun illərə sığmayan sevgi, məhəbbət, qayğı yaşadıb. Ömrüm boyu ona borcluyam və adını uca tutmaq üçün hər şeyə hazıram”.

Hərbçiləri bəzən “yaşıl mələk” adlandırırlar. Bu söz ona çox yaraşırdı. Elə bil o özü də həmin mələklərdən birinə çevrildi...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımalarının həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

8 Noyabr münasibətilə Zəfər Parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub