Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın Şərqdə “hibrid müstəmləkəçilik” siyasəti

Yaxın Şərqdə “hibrid müstəmləkəçilik” siyasəti

Qahirə, 26 aprel, AZƏRTAC

“Yaxın Şərq” termini ilk dəfə Amerika tarixçisi Alfred Mahan tərəfindən 1902-ci ildə istifadə olunub. Qərb politoloqları bu yeni termini Cənubi Qafqazdan Şimali Afrikayadək olan əraziyə, daha çox ərəblərin yaşadığı coğrafi məkana aid etməyə başladılar. Həmin il “The Times” nəşrinin xarici siyasət üzrə redaktoru Valentine Çirol “The Middle Eastren Question” (Yaxın Şərq məsələsi) sərlövhəli məqaləsində bu regionun Hindistana gedən yolun üzərində yerləşən bütün əraziləri əhatə etdiyini yazmışdı. XX əsrin əvvəllərində Yaxın Şərq adlanan regionda suriyalı, fələstinli və iraqlı adı daşıyan xalqlar da olmayıb. Uzun əsrlər Osmanlı imperiyasının hegemonluğu altında olan bu ərazilərdə yaşayan əhali ümumi olaraq “ərəblər” adlanırdı. Beləliklə, XX əsrin siyasi terminologiyasında meydana çıxan Yaxın Şərq termini Avropa imperializminin məhsulu olub. Müstəmləkə siyasətinin mərkəzi də məhz Qərbi Avropadır. Ümumilikdə, Qərbin “hibrid müstəmləkəçilik” siyasəti üç mərhələdən - müstəmləkəçilik, neomüstəmləkəçilik və postmüstəmləkəçilik ibarətdir.

Neftin kəşfi və Qərbin Yaxın Şərqdə yeni planları

1908-ci ildə geoloq Corc Bernard Reynolds İran ərazisində ilk neft yatağını kəşf edib. Bundan sonra Ərəb yarımadasına yönələn müstəmləkəçi güclər 1938-ci ildə Səudiyyə Ərəbistanının ərazisində “qara qızıl” yataqları aşkar ediblər. II Dünya müharibəsi səbəbindən bu prosesdə yaranmış durğunluq XX əsrin 50-60-cı illərində tam sürətlə davam edib. Küveyt, İraq, Oman və Bəhreyndə tapılan karbohidrogen ehtiyatları da Qərb şirkətlərinin nəzarətinə keçib. Həmin illərdə ənənəvi müstəmləkəçi dövlətlərə yeni rəqib - ABŞ sözügedən regionda daha fəal rol oynamağa başlayıb.

Neft amili ilə yanaşı, Yaxın Şərq coğrafi mövqeyi baxımından da çox əhəmiyyətlidir; Şərq-Qərb, quru və dəniz yollarının kəsişməsində yerləşməsi müstəmləkə dövründən sonra Qərb ölkələrini yeni strateji planlar həyata keçirməsi və bununla da regionda təsirini qorumasına vadar edirdi. 1932-ci ildə İraq və 1946-cı ildə Livan və İordaniya dövlətlərinin qurulması ilə başlayan müstəmləkəçiliyin başa çatması prosesi 1971-ci ildə Qətər, Oman və Birləşmiş Ərəb Əmirliklərinin elan edilməsi ilə yekunlaşdı. Lakin bu proses imperializmin törətdiyi faciələrlə müşayiət olundu. Xüsusən ərəb dünyasında təsirini qoruyub saxlamaq istəyən Fransa tərəfindən 1962-ci ildə müstəqilliyini elan edən Əlcəzairdə 1,5 milyon insan qətlə yetirildi. Bununla belə, Qərbin beyin mərkəzləri bu üsullarla regionda hegemonluğu qoruyub saxlamağın qeyri-mümkünlüyünü də başa düşürdülər. Artıq yeni dövlətlər formalaşması, Süveyş kanalının Misir tərəfindən milliləşdirilməsi, ərəb ölkələri liderlərinin özünəinamının artması fonunda yeni metodlara ehtiyac yaranmışdı. Həmin yeni siyasət neomüstəmləkəçilik oldu.

Neomüstəmləkəçilik və “ərəb baharı”

Neomüstəmləkəçilik iri kapitalist Qərb ölkələri tərəfindən gənc və inkişaf etməkdə olan dövlətlərin, o cümlədən müstəmləkə əsarətindən qurtulmuş xalqların yeni iqtisadi, maliyyə və hərbi üsullarla tabe etdirilməsi və istismarı sistemidir. Bu termin Asiya-Afrika ölkələrinin Bandunq Konfransından (1955-ci il) sonra daha ox yayılıb və Qərbin bu yeni müstəmləkəçilik siyasətinə qarşı Qoşulmama Hərəkatı yaradılıb.

Ərəb ölkələrinin siyasi cəhətdən pərakəndəliyi, iqtisadi, xüsusən maliyyə və texnoloji baxımdan Qərbdən asılılığı neomüstəmləkəçilik tərkib hissəsidir. “Soyuq müharibə”yə qədər Yaxın Şərqdə hegemon olan Böyük Britaniyanı əvəz edən ABŞ siyasətçiləri isə neomüstəmləkəçilik dövründə keçmişdən miras qalan və ərəb dövlətlərinin yaranması zamanı gələcək münaqişələrə zəmin yaradan amillərdən - ərazi mübahisələri, məzhəb ayrılığı, psevdodemokratiya şüarları və s. istifadə etməyə başladılar. Təsadüfi deyil ki, son illər Şimali Afrika və Yaxın Şərqin 16 ölkəsindən 7-sində daxili silahlı münaqişələr baş verib. Yəmən, İraq, Suriyada sünni-şiə ixtilafı zəminində törədilən qırğınlar və viran qoyulan şəhərlər də həmin siyasətin nəticələridir.

1980-1988-ci illər İran-İraq müharibəsi, 1990-cı ildə Səddam Hüseynin Küveytə hərbi müdaxiləsi zamanı yüz minlərlə insanın həlak olması, 2003-cü ildə İraq liderinin özünə qarşı ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın həyata keçirdiyi hərbi əməliyyatlar zamanı yüz minlərlə insan tələfatı və dağıntılar, 2014-cü ildən Yəməndə davam edən və çoxlu sayda dinc sakinin ölümünə səbəb olan vətəndaş müharibəsi və s. Qərbin “Böyük Yaxın Şərq” planının tərkib hissəsi hesab edilir.

Analitiklər hesab edirlər ki, 2010-cu ildə Tunisdə başlayan və “ərəb baharı” adı ilə regiona yayılan iğtişaşlar və silahlı münaqişələrin əsas səbəblərindən biri Qərbin region dövlətlərinə qarşı soyğunçuluq siyasətidir. 2011-ci ildə “The Guardian” yazırdı ki, Fransa hökuməti əvvəlcə iğtişaşları zor gücü ilə yatırmaq üçün Tunis Prezidenti Bin Əliyə yardım təklif edib. Lakin az sonra rəsmi Paris hakimiyyəti devrilən tunisli dövlət başçısına sığınacaq verməkdən belə imtina edib. Liviyada da Muammər Qəddafi rejiminə qarşı NATO-nun hərbi əməliyyatının həyata keçirilməsində ən fəal rol oynayan məhz Fransa olub. Şübhəsiz ki, Fransa, Almaniya və digər Qərb ölkələrinin əsas məqsədi regionda öz iqtisadi maraqlarını təmin etmək idi. Avropa və ABŞ hökumətlərinin əsas hədəfi bu ölkələrin təbii sərvətləri hesabına öz əhalisinin rifahının təminidir. Məhz bunun nəticəsidir ki, rəsmi məlumata görə, 2019-cu ildə Almaniya və Fransada adambaşına düşən milli gəlir 34-38 min avro, Tunis və Liviyada isə cəmi 980 -1200 avro olub.

“Ərəb baharı” avantürasının ən böyük qurbanları Suriya vətəndaşları oldular. Belə ki, vətəndaş müharibəsi və Qərb koalisiyasının müdaxiləsi nəticəsində 4,8 milyon insan qaçqın, 6,3 milyon nəfər isə məcburi köçkünə çevrildi. Bu ölkədə yarım milyona yaxın insanın da həlak olduğu bildirilir. “Parçala və hökm et” siyasətinin ən bariz nümunəsi isə Yəməndə baş verir. Bu ölkədəki məzhəb və etnik zəmində silahlı münaqişəyə bir neçə tərəf - husilər, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın dəstəklədiyi hadilər, habelə “Ənsar əl-Şəriyyə” təşkilatı və “Əl Qaidə”nin Ərəb yarımadasında olan silahlıları cəlb olunublar. Hazırda ən böyük neft-qaz yataqlarının olduğu Mərib bölgəsi uğrunda da qızğın döyüşlər gedir. Bütün silahlı münaqişələrdə effektsiz vasitəçi rolunu oynayan BMT və Qərb ölkələri isə dağıntılar, aclıq və səfalətə düçar olmuş Yəmən xalqının faciəsinə biganədir. “Ərəb baharı”nın viran qoyduğu Liviyada da vəziyyət acınacaqlıdır. Hazırda Əbdülhəmid Dbeibahın başçılıq etdiyi keçici hökumətin də bu ölkənin ərazi bütövlüyünü qoruyacağı və sülhü təmin edəcəyi şübhə altındadır.

Postmüstəmləkəçilik növbəti qlobal təsir vasitəsi kimi

Qloballaşma və yüksək texnologiyaların inkişafı Qərbin keçmiş müstəmləkələrində təsirini qoruyub saxlamaqda yeni siyasəti labüd edib. Fransız alimlərinin nəzəriyyəsi olan, habelə müstəmləkəçilik və imperializmin mədəni irsi adlanan postmüstəmləkəçilik həmin ölkələr üzərində fəlsəfə, kino, siyasi elmlər, sosial-iqtisadi coğrafiya, sosiologiya, feminizm, dini tədqiqatlar və ədəbiyyat sahələrində nəzəriyyələri ehtiva edir.

Yeni tendensiyanın ən mühüm istiqamətlərindən biri ərəb ölkələrində insanların milli kimliyi və yeni dövlətlərin sərhədlərinin Qərbin diktəsi ilə müəyyən edilməsidir. Nəzih Eyyubinin “Ərəb dövlətlərinin qurulması” və Rafael İsraelin “İordaniya Fələstindirmi?” adlı əsərlərində göstərilir ki, əslində, Yaxın Şərqdə müstəmləkəçilik siyasəti davam edir və onun sosial fraqmentləri daha qabarıqdır.

Epistemologiya (biliklərin mənbəyi və etibarlılığı elmi) ərəblərə təlqin edir ki, onları bugünkü inkişafı və dövlətçiliyini keçmiş müstəmləkəçilərinə borcludur, həmçinin Qərbin dəstəyi və himayəsi olmadan öz ölkələrini inkişaf etdirə bilməzlər. Burada, əslində, Qərbin hərcəhətli üstünlüyünü təbliğ etmək ön plana çıxır. Başlıca məqsəd Yaxın Şərqin yeni nəsillərinin məhz ABŞ və Avropa ideologiyasına uyğun, Qərb mədəniyyəti ruhunda tərbiyə edilməsi, İslam dəyərlərinin tədricən sıradan çıxarılmasıdır. Bəzi analitiklər hesab edirlər ki, yeni reallıqlar fonunda bu siyasət Qərb ölkələri üçün “bumeranq effekti” ilə nəticələnə bilər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub