REGİONLAR
“Yay məktəbi” təşkil edilib
Naxçıvan, 17 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində “Yay məktəbi” təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə ali təhsil ocağının akt zalında keçirilən tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxış edərək fakültələr üzrə kredit borcları olan tələbələrin kredit borclarını ödəmələri, o cümlədən müvəffəqiyyət qazandıqları fəndən qiymətlərini yüksəltmələri üçün ödənişli əsaslarla yay semestri təşkil edildiyini diqqətə çatdırıb.
Prorektor fakültə dekanlarının yay semestrində tədris olunacaq fənlərin dərs və imtahan cədvəllərini hazırlayıb təsdiq üçün tədris hissəsinə təqdim etdiklərini qeyd edib.
Tədbirdə müəllim və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, dərs saatlarının həcminə uyğun olaraq kameralı auditoriyalarda keçiriləcək dərslər 6 həftə ərzində yekunlaşacaq.