YAYIN ƏVVƏLİ KÜLƏKLİ KEÇƏCƏK
İyunun əvvəlində tez-tez şimal küləyi əsəcək, orta aylıq temperatur normaya uyğun olacaqdır.
Ayın ikinci yarısında bəzi günlər orta aylıq temperatur iqlim normasından artıq olacaqdır. Yağıntının səviyyəsinin normaya uyğun, Böyük Qafqaz regionunda isə normadan artıq olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 22-24 dərəcə isti ( gecə -14-19 dərəcə, gündüz -25-29 dərəcə isti, bəzi günlərdə 37 dərəcəyə qədər), yağıntının səviyyəsi normaya yaxın (4-12 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 22-25 dərəcə isti (gecə 13-18 dərəcə, gündüz 26-31 dərəcə isti, bəzi günlərdə 38 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (21-35 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 4-18 dərəcə isti (gecə 9-14 dərəcə, gündüz 18-23 dərəcə isti, bəzi günlər 28 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (86-130 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 20-23 dərəcə isti (gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə isti, bəzi günlərdə 37 dərəcəyə qədər isti), yağıntının səviyyəsi normaya yaxın (43-68 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 19-21 dərəcə isti (gecə 12-16 dərəcə, gündüz -22-25 dərəcə isti, bəzi günlərdə 33 dərəcəyə qədər), yağıntının səviyyəsi normaya yaxın (18-179 mm) olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 24-26 dərəcə (gecə -16-21 dərəcə, gündüz 27-32 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (12-50 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 21-24 dərəcə isti (gecə 13-18, gündüz 25-28 dərəcə isti, bəzi günlərdə 36 dərəcəyə qədər isti), yağıntının səviyyəsi normaya yaxın (29-47 mm) olacaqdır.