Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAZIÇILAR TAB GƏTİRMƏYİN YOLLARINI ÖYRƏNİRLƏR

“Kino səhrasının bəyaz günəşi” - MDB ölkələrində

milli kinonun vəziyyəti haqqında “Obşşaya qazeta”-

nın ötən ilin axırlarında 37-ci nömrəsində dərc

etdiyi materiallar belə adlanırdı. Lakin biz

yeni müstəqil dövlətlərdə ədəbiyyat sahəsində

nələr baş verdiyindən bəlkə də daha az məlumata

malikik. Bugünkü müsahibimiz tanınmış Azərbaycan

nasiri, respublika Yazıçılar Birliyi idarə heyətinin

sədri ANARDIR.

- Azərbaycan ədəbiyyatının iki əsas problemi var. Onlardan biri bütün postsovet məkanı üçün ümumi olan problemdir. İdeoloji amirliyin, senzuranın yerini bazar diktaturası əvəz etmişdir. Layiqli ədəbi əsərlər, əslində, nəşr olunmur, onun yerini ucuz makulatura tutmuşdur. “İstehsalat qabaqcılları - ədəbiyyata!” kimi cəfəng devizi eyni dərəcədə mənasız “Pul kisələri - ədəbiyyata!” devizi əvəz etmişdir. Çoxlu pulu olanların hamısı öz cızma-qaralarını, daha doğrusu, peşəkar muzdluların onlar üçün qoşub-düzdüklərini nəşr etdirirlər. Ədəbi proses büsbütün tənəzzülə uğramışdır. Özü də bu bəla bütün postsovet respublikalarına xasdır.

Lakin ölkəmizin latın qrafikasına keçməsi Azərbaycanda vəziyyəti daha da ağırlaşdırmışdır. Əslində, latın qrafikasına keçmək düzgündür. Bununla yanaşı, artıq on ildir ki, məktəblər üçün dərsliklər latın qrafikalı əlifba ilə buraxıldığı halda, bu əlifba ilə bədii ədəbiyyat, demək olar, işıq üzü görmür. İndi nə Puşkinin, nə Sabirin, nə Nizaminin, nə də Şekspirin əsərləri çap olunmur. Bütün Azərbaycan, rus, dünya klassiklərinin əsərləri vaxtilə kiril əlifbasında çap olunduğu kimi qalmışdır. Təkrar nəşr üçün dövlət proqramı qəbul etmək, maliyyə vəsaiti ayırmaq, xəsislik etməmək lazımdır - axı, bu, ədəbiyyatımızın mənəviyyatımızın gələcəyi məsələsidir. Heç ədəbiyyatsız da müstəqil dövlətmi olar, millətmi olar? İllər ötüb keçir, biz oxucunu itiririk. Özü də, bir neçə nəsli bəribaşdan. Bu yaxınlarda mən Maliyyə Nazirliyinə 50 kitabın siyahısını göndərmişdim. Buraya ancaq klassiklərin əsərləri daxil idi. Mən hələ müasirlərdən danışmıram. Cavab gəldi ki, ən yaxşı halda, ancaq bir neçə nəşr üçün vəsait ayırmaq mümkün olacaqdır. Bax, bu minvalla getsək, biz təkcə klassik ədəbiyyatı latın əlifbasına yüz ilə keçirəcəyik. Bütün bunlar isə əsl humanitar fəlakətlə qurtara bilər.

- Lakin respublikada latın əlifbası ilə çıxan bir neçə ədəbi-bədii jurnal qalmışdır...

- Jurnallarımızı və həftəlik “Ədəbiyyat qəzeti”ni qoruyub saxlamağımızı Azərbaycan Yazıçılar Birliyinin ötən on ildəki ən böyük nailiyyəti hesab edirəm. 90-cı illərin əvvəllərində, ədəbiyyatın dövlət tərəfindən dəstəklənməsinə sanki bir andaca son qoyulduğu vaxtlarda jurnallar qeyri-müntəzəm, ildə iki-üç nömrə ilə, özü də rəmzi tirajla çıxırdı. Yalnız ölkə prezidenti işə qarışdıqdan sonra biz bütün əbədi-bədii nəşrlərin dövlət tərəfindən maliyyələşdirilməsinə nail ola bildik. Doğrudur, sovet dövrü ilə müqayisədə jurnalların tirajları azdır. Buna baxmayaraq, oxucunun müasir ədəbi prosesləri izləmək imkanı var. Jurnalın imkanları, şübhəsiz, məhduddur, o, Cəlil Məmmədquluzadənin üçcildliyini və ya Dostoyevskinin beşcildliyini buraxa bilməz.

Bir vaxtlar müttəfiq respublikaların ədiblərinin əsərləri Moskvada nəşr olunurdu, rus dilinə tərcümə sayəsində bizi xaricdə də tanıyırdılar, başqa dillərə tərcümə edirdilər. İndi isə vaxtilə qardaş olmuş respublikaların yazıçıları “Drujba narodov” jurnalını daha maraqlandırmır, “İnostrannaya literatura” jurnalı üçünsə biz sanki heç əcnəbi deyilik. Elə Rusiyanın “Literaturnaya qazeta”sı da bizim üçün artıq çoxdan doğma ocaq deyildir. Bu şəraitdə belə proseslər baş verir. Bu yaxınlarda Türkiyədə “DA” (“Dialoq Avrasiya”) jurnalı təsis edilmişdir, o, iki dildə - rus və türk dillərində buraxılır. Məni “Dialoq Avrasiya” platforması əlaqələndirmə şurası idarə heyətinin sədri seçmişlər. Buraya Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova, Qazaxıstan, Qırğızıstan nümayəndələri daxildir. Biz Avrasiya ölkələrinin mədəniyyət xadimləri üçün mükafat təsis etmək niyyətindəyik. Bütün Avrasiya ölkələrində Nazim Hikmət günlərini geniş qeyd etmək də qərara alınmışdır. Nazim Hikmət günləri artıq Türkiyədə və Rusiyada keçirilmişdir. Mən tədbirlərdən birində dedim: qəribədir ki, indi biz köhnə dostlarımızla, rusiyalı həmkarlarımızla Moskvada deyil, İstanbulda görüşürük.

- Yəni, Türkiyə təşəbbüsü Rusiyanın əlindən almışdır və keçmiş sovet respublikalarını da əhatə edən Avrasiya mədəni məkanında fəal surətdə öncül mövqelərə çıxır?

- Hər halda, onun mərkəzlərindən birinə çevrilir. Mən bunu normal hesab edirəm. Moskva ilə Ankaranın qarşılıqlı münasibətlərində əvvəllər hökm sürmüş qarşıdurma əvəzinə, birləşdirici ümumi mədəni məkan.

- Bununla belə, Azərbaycanda müasir ədəbiyyat davam edir, son illərdə maraqlı bir əsər yazılıbmı?

- Ədəbi proses davam edir, redaksiyaların qovluqları doludur. Amma 60-70-ci illərdəki kimi istedadlı simalar, böyük yüksəliş, təəssüf ki, hələlik müşahidə edilmir. Mən bu barədə danışanda çoxları inciyir, halbuki bu, ümumən, qanunauyğun haldır. Keçmiş SSRİ-nin digər xalqları kimi, azərbaycanlılar da olduqca güclü psixoloji sarsıntıya məruz qalaraq, ümumi imperiyadan müstəqil dövlətdə həyata qədəm qoymuşlar. Bu yandan da Qarabağ müharibəsi, on minlərlə soydaşımızın həlak olması, bir milyon adamın ev-eşiyindən didərgin salınması... Bütün bunlara tab gətirmək üçün illər, bəlkə də on illərlə vaxt lazımdır. Əsl ədəbiyyat tələsikliyi və vurnuxmanı sevmir. Üstəlik, yazıçıların əksəriyyəti özlərini gərəksiz sanır. Onların heç də hamısında gələcək nəsillər tərəfindən qiymətləndiriləcəyi ümidi ilə yazıb sandığa qoymaq hünəri yoxdur. Ötən on ildə bizim yazıçılar təşkilatı 100-dən artıq üzvünü itirmişdir. Demək olar, hər iki yazıçıdan biri vaxtsız, yaradıcılığının çiçəkləndiyi bir yaşda dünyasını dəyişmişdir. Bu, dəhşətli rəqəm də çox şey deyir.

Sevindirici haldır ki, hər halda, yaxşılığa doğru irəliləyiş başlayır. Hər yarım ildən bir gənc ədiblər üçün on prezident təqaüdü ayrılır. Təqaüdçülərin kitabları dövlət hesabına nəşr edilir. Azərbaycan yazıçılarının yaşlı nəslinin 20-dən çox nümayəndəsi isə ömürlük prezident təqaüdü alır. Bu, onların ləyaqətlə yaşamasına, yazıb-yaratmasına imkan verir...

Azərbaycan Yazıçılar Birliyində, doğma ədəbiyyatın məşhur xadimlərinin portertləri asılmış kabinetdə Anarla söhbətimiz çox da ürəkaçan olmadı. Sollar və sağlar, əsilzadələr və müxtəlif amallı ziyalılar, kommunistlər və dissidentlər. Müxtəlif vaxtlarda onları müasirlər sırasından sıxışdırıb çıxarmağa cəhd göstərmişlər... Doğrudanmı tarix təkrarlanır?

Elmira AXUNDOVA

“Obşşaya qazeta”, 7 fevral 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib