DÜNYA
Yəməndə 4 milyon insan qaçqın vəziyyətində yaşayır
Tehran, 11 fevral, AZƏRTAC
Yəməndə aparılan hərbi əməliyyatlar nəticəsində infrasrukturun dağılması insanları ərzaq qıtlığı ilə üzləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir. Nəzərə çatdırılıb ki, maliyyə çatışmazlığı bütün yəmənlilərə yardım etmək imkanı vermir. BMT yalnız 2 milyon yəmənliyə ərzaq yardım göstərmək iqtidarındadır.
Hərbi əməliyyatlardan ən çox zərər çəkən körpə uşaqlardır. Xəstəxanalarda doğulan uşaqlar tələf olmaq təhlükəzi ilə üz-üzə qalıblar. Kifayət qədər qida qəbul edə bilməyən analar uşaqlara süd verə bilmir.
BMT donor ölkələrə müraciət edərək Yəməndə insanları çarəsiz buraxmamaq və maliyyə dəstəyi göstərməyə çağırıb.
Yəməndə iqtisadi infarstrukturun 85 faiz sıradan çıxıb. Ərzaqla yanaşı tibbi ləvəzimatlar və dərman preparatları da çatışmır. Ölkədə 4 milyon insan qaçqın vəziyyətində yaşayır. Onlar ən sadə tibbi xidmətdən belə mərhum olublar. Artıq 7 ildir ki, davam edən müharibə ölkəni humanitar fəlakətin astanasına gətirib çıxarıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]