YƏMƏNİN ƏHALİSİ SÜRƏTLƏ ARTIR
2005-ci ilin ortalarına olan məlumata görə, Yəmən əhalisinin sayı 20,7 milyon nəfərə çatmışdır. BMT-nin məlumatında bildirilir ki, Yəmən dünyada doğum səviyyəsi ən yüksək olan ölkələrdən biridir. Burada hər qadına 6,8 uşaq düşür. 15 yaşınadək olan uşaqların əhalinin ümumi sayının 46 faizini təşkil etməsi də əhalinin daim artmasından xəbər verir. Əgər belə davam edərsə, 2025-ci ilədək Yəmənin əhalisi 39,6 milyon nəfər, 2050-ci ilədək isə 70 milyon nəfər olacaqdır.
Hazırda Yəmən ən yoxsul ərəb ölkələrindən biridir. Əhalinin 50 faizə qədəri yoxsulluq səviyyəsindən aşağı həddə yaşayır.
İnfrastrukturun və kifayət qədər xəstəxanaların olmaması üzündən qadınların əksəriyyəti ev şəraitində, tibbi yardım göstərilmədən doğmalı olur. Bütün bu mənfi amillərə baxmayaraq, ölkə əhalisi durmadan artır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]