YENƏ DƏ MƏHBUS QAÇIB
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Rustavi şəhərindəki 2 nömrəli ciddi rejimli həbsxanadan iyulun 1-də gecə 12 nəfər məhbus qaçmışdır. Onların əksəriyyəti ölümlə nəticələnən ağır cinayət törətdiklərinə görə məhkum olunanlardır. İlkin məlumata görə, gözətçi Zaza Demuridze məhbuslara qaçmaq üçün şərait yaratmış və hazırda o, həbs edilmişdir. Qaçan məhbuslar Qardabaniyə gedən mikroavtobusu saxlamış, odlu silahla hədələyərək sürücünü və sərnişinləri maşından düşürüb naməlum istiqamətə getmişlər. Ölkənin güc strukturlarının əməkdaşları səfərbərliyə alınmış, axtarış elan edilmişdir. Hazırda onlardan yalnız 2-si yaxalanmışdır. Son iki ayda Gürcüstan həbsxanalarından 6-cı dəfədir ki, məhbuslar qaçırlar. Qaçan 49 nəfər məhbusun 20 nəfəri Rustavi həbsxanalarının payına düşür. Ədliyyə naziri Roland Qliqaşvili hadisəyə münasibətini bildirərkən demişdir ki, Gürcüstan Cəzaçəkmə Departamentinin sosial problemləri olduqca çoxdur. Gözətçilərin aylarla maaş almaması, təcrübəsizliyi, qeyri-peşəkarlığı işi bu yerə gətirib çıxarmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]