SİYASƏT
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının növbəti konfransı keçirilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının növbəti VIII konfransı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə rayonda yeni istifadəyə verilən Heydər Əliyev adına istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədr müavini İlqar Mahmudov gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
Konfransda təşkilatı məsələlərə baxılmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov partiyanın rayon təşkilatın sədri vəzifəsinə seçilmişdir.
Həmçinin partiyanın rayon təşkilatının şura üzvlərinin tərkibində də dəyişikliklər edilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın V qurultayındakı nitqindən irəli gələn vəzifələr, YAP-ın Binəqədi rayon təşkilatının yeni inzibati binasının açılışında verdiyi tövsiyə və tapşırıqların icrası barədə məruzə ilə çıxış etmişdir.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov partiyanın V qurultayının bütün ölkə ictimaiyyətinin həyatında çox mühüm bir hadisə olduğunu bildirmişdir.
Konfransda son 10 ildə dövlət başçısının rəhbərliyi altında görülən işlərdən söhbət açılmışdır.