SİYASƏT
“YENİ AZƏRBAYCAN” TƏŞVİQAT QRUPU BƏRDƏDƏ REFERENDUMLA BAĞLI ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Bərdə, 11 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı martın 18-nə təyin olunmuş referendumla əlaqədar “Yeni Azərbaycan” təşviqat qrupu Bərdə şəhərində zona seminar-müşavirəsi keçirmişdir. Müşavirədə Bərdə ilə yanaşı Yeni Azərbaycan Partiyası Yevlax, Mingəçevir, Xocalı və Goranboy rayon təşkilatı sədrləri və fəalları da iştirak etmişdir.
Müşavirədə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP idarə heyətinin üzvü Kərim Kərimov, partiyanın Bərdə rayon təşkilatının sədri Emil Calalov, Yevlax şəhər təşkilatının sədri İlham Məmmədov və başqaları çıxış edərək referenduma hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrdən danışmış, Konstitusiyaya ediləcək əlavələr və dəyişikliklərlə bağlı fikir mübadiləsi aparmışlar.