Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni dünya nizamı: geosiyasi təhlükələr və çıxış yolları

Yeni dünya nizamı: geosiyasi təhlükələr və çıxış yolları

Müxtəlif regionlarda baş verən münaqişələrin həllini tapmaması və böyük dövlətlərin öz maraqları uğrunda mübarizəsinin daha da kəskinləşməsi meydana çoxlu suallar çıxarıb. Mütəxəssislər dünyanın mövcud nizamının pozulmaqda olduğunu vurğulayırlar. Bu barədə artıq bir müddətdir ki, müxtəlif səviyyələrdə söhbət gedir. Məsələyə fərqli bucaq altında baxılır. Əsasən böyük dövlətlərin öz maraqlarının təmin edilməsi istiqamətində göstərdikləri fəallıq qabardılır. Bununla yanaşı, müasir tarixi mərhələnin özünün bir gedişatı da var. Dünya bütövlükdə çox həssas məqama gəlib çatıb. Dini radikalizm xeyli dərəcədə təhlükəli faktora çevrilib. Başqa amillər də mövcuddur. Bunların işığında dünyanın geosiyasi nizamının necə dəyişə biləcəyi üzərində düşünməyə dəyər.

Böhrana doğru: böyük dövlətlərin məsuliyyəti

Mütəxəssislər mövcud dünya nizamının hansı səviyyəyə qədər dağılacağı ilə bağlı sual qaldırırlar. Onların fikirlərinə görə, hazırda müşahidə edilən böhranlar, ixtilaflar və böyük dövlətlərin nüfuz uğrunda güzəştsiz mübarizəsi qlobal miqyasda ciddi problemlər yaradıb. Bu proses getdikcə dərinləşir və bütövlükdə dünya yeni köklü dəyişikliklər astanasındadır.

Doğrudan da, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi xeyli çətinliklərlə üzləşib. Qərbin yeritdiyi siyasət ortaya çoxlu sayda problemlər çıxarıb. Digər tərəfdən, dünya siyasətində yeni güclü oyunçular da fəallaşıblar. Professor Uolter Mid bunların sırasında Rusiya, İran və Çini ayrıca vurğulayır (bax: Walter Russell Mead. The Return of Geopolitics: The Revenge of the Revisionist Powers / ''Foreign Affairs'', May/June 2014, pp.69-79). Səbəb isə ondan ibarətdir ki, bu ölkələr ABŞ-ın liderlik etdiyi hazırkı dünya nizamına alternativ yaratmağa çalışırlar.

Lakin həmin dövlətlərin fəaliyyətini başqa istiqamətə - Qərbə inteqrasiyaya yönəltmək lazımdır. Bəzi ekspertlər bu mövqe ilə razılaşmayıb, U.Midin mövcud vəziyyəti bir qədər təhrif etdiyini deyirlər. Ola bilsin ki, burada müəyyən dərəcədə həqiqət var - U.Mid hansısa məqamları şişirdə bilər. Ancaq etiraf edilməlidir ki, müasir mərhələdə meydana əvvəllər müşahidə edilməyən xeyli sayda siyasi, geosiyasi, iqtisadi, mədəni və hərbi faktorlar çıxıb.

Müxtəlif regionlarda münaqişələr nəinki səngimir, hətta daha qorxulu məzmun alıb. Yaxın Şərq, Cənubi Qafqaz, Ukrayna, Mərkəzi Asiya, Şimali Afrika və başqa məkanlarda özünü göstərən ziddiyyətləri bir kənara qoymaq olmaz. Ən təhlükəlisi odur ki, bu regionlarda meydana gələn problemlərdə məhz böyük dövlətlərin öz maraqları uğrunda apardıqları mübarizə ciddi rol oynayıb. Dünya nizamına bu müstəvidə nəzər saldıqda, həqiqətən, onun köklü dəyişikliklərə məruz qala biləcəyini qəbul etmək lazım gəlir.

Bu kontekstdə əhəmiyyətli hesab etdiyimiz bir sıra məqamlar üzərində dayanmaq istərdik. Hər şeydən əvvəl, ABŞ-ın xarici siyasətdə müasir tələblərə uyğun olmayan addımlar atdığını demək lazımdır. Vaşinqton özünün liderlik ambisiyasına tam uyaraq ikili standartlar üzrə hərəkət edir. O, bir sıra hallarda dünyanın müxtəlif regionlarında münaqişələrin həllinə beynəlxalq hüquq normaları çərçivəsində təsir göstərmir. Bir situasiyada qəti hərəkət edirsə, ona uyğun olan başqa vəziyyətdə tamamilə fərqli davranır. Bu da ədalət hissinin itirilməsi ilə nəticələnir, xalqların problemlərin obyektiv həll ediləcəyinə inamı azalır. Eyni zamanda, məsələ bununla yekunlaşmır.

Amerika dünyada sürətlə inkişaf edən dövlətlərə qarşı addımlar atır. Burada, ilk növbədə, Çini nümunə göstərmək olar. İndi bu iki nəhəng ölkə arasında geosiyasi nüfuz uğrunda gərgin mübarizə getdiyini hər kəs etiraf edir. Problem bundan ibarətdir ki, bu rəqabətdən dünyanın bir çox ölkəsi zərər görür. Mövcud sabitlik pozulur, milyonlarla insan əziyyət çəkir, kütləvi qırğınlar baş verir. Son dövrlərdə Asiya-Sakit okean hövzəsinə Vaşinqton və Pekinin çoxlu sayda hərbi qüvvə yığması bu aspektdə olduqca böyük narahatlıq yaradır.

Kompromis yolu mövcuddurmu?

Hazırda Yaxın Şərqdə və Ukraynada baş verənlər isə qlobal miqyasda dünya nizamının böyük dəyişikliklərə məruz qala biləcəyi ilə bağlı verilən proqnozların əsaslı olduğunu göstərir. Yaxın Şərq bütövlükdə müharibə və ixtilaflar içindədir. Burada dini amillə siyasi məsələlər o dərəcədə bir-birinə qarışıb ki, yaranmış mürəkkəb vəziyyətdən çıxış yolunun nədən ibarət olduğu məlum deyil. Regionda təhlükəli terror qrupları fəaliyyət göstərir. Geosiyasi aspektdə məsələnin ciddi tərəfi həmin qrupları böyük dövlətlərin himayə etməsindən ibarətdir. Təsadüfi deyil ki, Suriya və İraqda geosiyasi güclərin qarşıdurmasından daha çox bəhs olunur. Belə çıxır ki, Yaxın Şərq faktiki olaraq həmin qüvvələr arasında mübarizə meydanına çevrilib. Bunun nə ilə nəticələnəcəyini demək çətindir.

Digər qaynar məkan Ukraynadır. Bu ölkə Qərblə Rusiyanı birbaşa üz-üzə qoyub. Səbəb kimi Avropa İttifaqı və NATO-nun genişlənmə planlarını göstərmək olar. Rusiya bunun müqabilində öz maraqlarını müdafiə etmək məcburiyyətində qalıb. Ciddi bir münaqişə meydana gəlib. İndi demək olar ki, qlobal geosiyasətin hər bir aktual məsələsi kontekstində Ukrayna problemi vurğulanır. O cümlədən Almaniyanın dünya səviyyəsində yeritdiyi siyasəti onun Ukraynadakı fəaliyyəti aspektində qiymətləndirməyə çalışırlar.

Məsələ burasındadır ki, Berlin son illər öz geosiyasi təsirini artırmağa can atır. O, Avropa İttifaqının ən güclü ölkəsinə çevrilib. Bu keyfiyyətdə də daha yüksək mövqelərə çıxmaq istəyir. Lakin Almaniya bu zaman hərbi güc tətbiqindən istifadə etmək istəmir. Mütəxəssislər hesab edirlər ki, indiki şərtlər daxilində bu, Berlinin qarşısına qoyduğu məqsədlərə çatmasına maneə törədir. Bununla yanaşı, bizcə, Almaniya daha uzaqgörən mövqe tutur. O, hərbi qüvvədən istifadə etmədən də Ukraynaya yardımlar edir. Almanlar döyüş meydanında vuruşmurlar, lakin öz maraqlarını təmin etməyə çalışırlar. Buna görə də Berlinin geosiyasi mübarizə strategiyasını ciddi qəbul etmək gərəkdir.

Nəzərə almaq lazımdır ki, Almaniya Avropa və ona yaxın olan məkanlar üçün sabitlik nümunəsidir. Berlin daha çox iqtisadi, ticari və mədəni əlaqələrə üstünlük verir. Onun sabitləşdirici rol oynamaqda davam etməsi maraqlı olardı. Digər güclü dövlətlərdən fərqli olaraq, Almaniya 5 lider dövlətdən biri olmaqla kifayətlənir.

Bunlara baxmayaraq, Almaniyanın Ukrayna məsələsində Rusiya ilə anlaşdığını demək olmaz. Əksinə, onlar arasında mübarizə getdikcə daha kəskin xarakter alır. Almanlar Kiyevi əldən verməyəcəklərini bəyan edirlər. Moskva isə bunun əksini düşünür. Deməli, hətta dünya liderliyi iddiasında olmayan Almaniya belə geosiyasi mübarizənin iştirakçısına çevrilib.

Rusiya isə əvvəlcədən Qərblə nüfuz uğrunda savaşın içindədir. Hazırda onlar arasında münasibətlər o qədər gərgindir ki, artıq çox həssas bir vəziyyətdən söhbət gedir. Faktiki olaraq Qərb-Rusiya münasibətləri dünyanın mövcud nizamını poza bilər. Neftin qiymətinin sürətlə aşağı düşməsi bu kontekstdə təkanverici faktorlardan biri hesab edilir. Məsələn, Rusiya rəsmiləri son vaxtlar nüvə silahına malik olduqlarını tez-tez deyirlər. Özü də bunu kimlərinsə təsiri altına düşmək təhlükəsi kontekstində vurğulayırlar. Moskva diz çökməyəcəyini bəyan edir, misal olaraq da tarixə nəzər salınmasını tövsiyə edir.

Rusiyanın bu cür qətiyyəti qarşısında Qərb də mövqeyindən çəkilmir. Bir tərəfdən bəyan edir ki, Rusiyaya tətbiq edilən sanksiyalar aradan qaldırıla bilər, digər tərəfdən də dərhal şərt kimi Ukraynadakı vəziyyəti irəli sürür. Bu barədə Barak Obama, Fransua Olland və Angela Merkel bir neçə dəfə fikir bildiriblər. Deməli, qarşıdurma davam edəcək.

Yuxarıda vurğulanan məqamlara ümumi mövqedən yanaşdıqda, sözün həqiqi mənasında, müasir dünya nizamının təhlükə altında olduğunu görürük. İkinci dünya müharibəsindən sonra yaranmış beynəlxalq münasibətlər sistemi laxlayır. Onun əvəzində yenisinin yaradılması məsələsi isə hələ ki, öz həllini tapmayıb.

ABŞ-ın hələlik kifayət qədər güclü olduğu və liderliyini davam etdirə biləcəyini düşünənlər isə bir qədər səhvə yol verirlər. Çünki indi bir qrup dövlətin ortaq mövqe nümayiş etdirərək, vəziyyəti dəyişə biləcəyi imkanından söhbət gedir. Bu keyfiyyətdə BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi regional təşkilatları vurğulamaq olar. Proseslərin başqa regional təşkilatların meydana gəlməsinə təkan verə bilməsi istisna olunmur. Bu halda bir dövlətin, hətta o, ABŞ olsa belə, təkbaşına liderlik edə bilməsi məsələsi olduqca mürəkkəbləşir. Bu, o deməkdir ki, Vaşinqton həmin iddiasında qalmaqda davam etsə, geosiyasi konfrontasiya da qalacaq. Bu cür vəziyyətin yaranmaması üçün çalışmaq daha səmərəli siyasət olardı.

Leyla Məmmədəliyeva

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə