YENİ MƏKTƏB BİNASI TİKİLİR
Ağcabədi şəhər 2 nömrəli orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 480 şagird yeri olan məktəb binası yeni dərs ilində istifadəyə veriləcəkdir. İnşaat işlərini “Azərkəndtikinti” ASC-nin 182 nömrəli Göyçay təmir-tikinti idarəsi aparır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər) əsasən, rayonda 1880 şagird yeri olan dörd yeni məktəb binası tikiləcək, üç məktəbdə 460 yerlik əlavə sinif otaqları inşa olunacaq, beş məktəbdə isə əsaslı təmir işləri aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]