YENİ MÖVSÜM QARŞISINDA
Mərkəzin direktoru Rain Sultanov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu il paytaxtın caz həvəskarları bir çox maraqlı və yaddaqalan konsertlərə baxmışlar. Bakılılar qarşısında ABŞ-ın Kelli Conson kvarteti, Hərbi Hava Qüvvələrinin caz ansamblı çıxış etmiş, ABŞ saksafonçusu Jonn Col Trane, trubaçı Miles Davis və başqa cazmenlərin xatirə axşamları keçirilmişdir.
Məşhur Azərbaycan cazmenləri Vaqif Mustafazadə, Rafiq Babayev və Tofiq Şabanovun musiqi ənənələrini yaşadan və inkişaf etdirən müasir caz ustaları Rain Sultanov və Salman Qəmbərovun “İntuisiya”, Şahin Növrəslinin ”Caz turne”, Cəmil Əmirovun “Lad zamanı” və s. konsertləri tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
Mövsümün ilk günü mərkəzdə “Caz dünyası” jurnalının birinci nömrəsinin təqdimat mərasimi və Azərbaycan caz ustalarının çıxışı, sentyabrın 21-də isə Hollandiya caz qrupunun konserti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]