SİYASƏT
“Yeni nəsil: sərhədsiz məsuliyyət” II Beynəlxalq Gənclər Forumunun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər
Bakı, 21 noyabr (AZƏRTAC). “Yeni nəsil: sərhədsiz məsuliyyət” II Beynəlxalq Gənclər Forumunun iştirakçıları noyabrın 21-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül-çiçək dəstələri düzmüşlər.
Görkəmli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin də xatirəsi yad edilmiş, məzarı üzərinə gül qoyulmuşdur.
Sonra Şəhidlər xiyabanına gələn forumun iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə qərənfillər düzmüşlər.