Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Yeni qaz mənbələri və yataqlardakı nəhəng ehtiyatlar Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir

Yeni qaz mənbələri və yataqlardakı nəhəng ehtiyatlar Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir

Bakı, 10 fevral, AZƏRTAC

İqtisadi və geosiyasi baxımdan əhəmiyyəti getdikcə daha da artan Cənub Qaz Dəhlizi layihəsinin müvəffəqiyyətlə başa çatması iştirakçı dövlətlərin uğurudur. Onun son seqmenti olan TAP layihəsi 2020-ci il dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə istifadəyə verilib. Bu layihənin icra edildiyi ilk gündən Avropa Komissiyası və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlar tərəfindən Azərbaycana dəstək verilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Dəyəri 33 milyard ABŞ dolları qiymətləndirilən Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük layihəsi olduğunu qeyd edən deputat deyib ki, layihənin reallaşmasına dünyanın aparıcı maliyyə təsisatları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı lazımi dəstək veriblər.

“Ümumiyyətlə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın enerji siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Məhz dövlətimizin başçısının böyük uzaqgörənliyi və müdrikliyi, güclü diplomatiyasının nəticəsidir ki, onun rəhbərliyi və xeyir-duası ilə 2003-ci ildən bu günədək həyata keçirilən neft-qaz layihələri geosiyasi və iqtisadi baxımdan beynəlxalq əhəmiyyətli layihələrdir. Dünyanın geosiyasi mənzərəsi günbəgün dəyişir. Azərbaycanın yerləşdiyi coğrafiya tarix boyu dünyanın siyasi xəritəsində ən önəmli bölgələrdən biri kimi xarakterizə edilir. Son üç yüz ildə isə yaşadığımız coğrafiya maraq dairələri fərqli olan bir sıra superdövlətlərin diqqət mərkəzinin yönəldiyi bölgəyə çevrilib. Bu mənada Avrasiyanın ən önəmli hissəsi olan Azərbaycanda dünyanın güc mərkəzləri ilə balanslı siyasət aparmaq, möhkəm və davamlı əməkdaşlıq qurmaq o qədər də asan olmayıb. Avropanın etibarlı və strateji tərəfdaşına çevrilən Azərbaycanın imkanları genişlənir”, - deyə M.İbrahimqızı qeyd edib.

Son dövrlərdə Avrasiyada, xüsusilə Avropanın enerji təchizatında çox ciddi böhran yaşandığını diqqətə çatdıran deputat bildirib ki, son 10-15 ildə dünyada yaranmış müxtəlif böhranlar zamanı iqtisadi, siyasi, eləcə də enerji təchizatı baxımından bölgənin, xüsusən də Avropanın düşdüyü böhranın həllində ölkəmiz əvəzsiz töhfələr verib. Məhz son vaxtlar baş verən məlum problemlərin həllində dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən siyasətin nə qədər mühüm və həlledici olduğu bir daha sübuta yetirildi. O deyib: “Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında səsləndirilən fikirlər dəhlizin istismara verilməsindən ötən bir il ərzində qət edilən məsafə və əldə olunan nəticələrin bu layihəyə marağın daha da artmasına səbəb olduğunu bir daha gündəmə gətirdi. Avropada təbii qaza tələbatın sürətlə artması, eləcə də “mavi yanacağ”ın qiymətinin bahalaşması qlobal siyasi gündəmin əsas çağırışlarından birinə çevrilib. Cənub Qaz Dəhlizini cəzbedici edən çoxsaylı səbəblərdən biri isə nadir alternativ enerji kəməri kimi təhlükəsiz və sabit olması, hər cür siyasi spekulyasiyalardan uzaq tutulmasıdır. Bu isə mənbə və ixracatçı ölkə olan Azərbaycanın həyata keçirdiyi strateji enerji siyasəti ilə bağlıdır”.

Diqqətə çatdırılıb ki, Azərbaycanda yeni qaz mənbələrinin kəşf edilməsi və təsdiq olunmuş qaz yataqlarının nəhəng ehtiyatları hazırda Avropada ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Avropa Azərbaycanı özünün enerji təhlükəsizliyini təmin edən ən etibarlı və əsas strateji tərəfdaşlardan biri kimi görür. “Ümumiyyətlə, həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibə dövründə bölgəmizdə yaranmış yeni reallıqlar fonunda Azərbaycan bir daha sabit və etibarlı tərəfdaş kimi bütün beynəlxalq öhdəliklərə sadiqliyini bir daha sübut etdi. Bütün bunlar ölkəmizin, xalqımızın əvəzedilməz Liderinin ən çətin geostrateji durumda belə enerji kommunikasiyalarını, təhlükəsizliyini yüksək səviyyədə təminetmə bacarığını dünyaya nümayiş etdirdi”, - deyən deputat vurğulayıb ki, ölkəmizin əhəmiyyətli və etibarlı tərəfdaş olması Avropa İttifaqının rəhbərliyi tərəfindən də etiraf edilir. Xüsusi qeyd etmək lazımdır ki, toplantıda iştirak edən Prezident İlham Əliyev Avropa İttifaqı ilə qarşılıqlı etimada söykənən münasibətlərə toxunaraq enerji siyasətimizin arxasında heç bir siyasi gündəmin olmadığını qeyd edib və ölkəmizdə həyata keçirilən enerji siyasətinin daim çox açıq, şəffaf, biznes və nəticələrə hesablandığını vurğulayıb.

M.İbrahimqızı bildirib ki, baş verən proseslər Azərbaycanın bundan sonra da Avropanın etibarlı enerji təminatçısı və strateji tərəfdaşı olacağını deməyə əsas verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq VİDEO

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər