YENİ RABİTƏ OBYEKTLƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Goranboy rayonunun Dəliməmmədli kəndində 100 nömrə tutumu olan ATS istifadəyə verilmişdir. Xaçmaz rayonunun Qımıl Qışlaq kəndində ATS-in tutumu 50 nömrə, Yevlax rayonundakı Xanabad kəndində elektron ATS-in tutumu isə 96 nömrə artırılmışdır. Şəki rayonunun Qoxmux kəndindəki ATS mərkəzi ATS-ə qoşulmuşdur. Bərdə rayonunun 32-lər kəndində 600 nömrəlik ATS-in tikintisi başa çatdırılmışdır. Xaçmaz rayonunda, həmçinin telekommunikasiya qovşağının optik xətt üzərindən mərkəzi serverə bağlanması başa çatdırılmışdır. Salyan rayonunda istifadəyə verilən internet-klub isə gənclər üçün ən yaxşı hədiyyədir.
Rabitəçilərin istifadəyə verdikləri obyektlərin sayı bununla bitmir. Bərdədə və Ağstafa rayonundakı Poylu qəsəbəsində yeni radio-televiziya vericiləri quraşdırılmışdır.